A AzercellAzercell

Data Analitiki

Bakı Опубликовано 5 ч. назад Источник
Полная занятость ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

  • Kross-funksional komandalarla əməkdaşlıq edərək biznes məqsədlərini anlamaq və onları analitik həllərə çevirmək
  • Business ehtiyaclarına uyğun Tableau üzərində vizual dashboardlar və SAP BusinessObjects üzərində hesabatlar hazırlamaq və onları aktual saxlamaq
  • Dataya əsaslanaraq analiz aparmaq, fəaliyyətə yönəlik insight-lar yaratmaq və data əsaslı qərarvermə prosesini dəstəkləmək
  • Əsas biznes metriklərini monitorinq etmək və top menecment üçün dashboardlar hazırlamaq
  • Business bölmələrindən gələn data analizi və ad hoc sorğulara cavab vermək (məsələn, dealer ödənişlərinin verifikasiyası, regional satış performansı və s.)
  • Kampaniya, məhsul və təşəbbüslərin performansını real vaxt dashboardları vasitəsilə izləmək
  • Before/after analizləri, trend monitorinqi və biznes-case qiymətləndirmələri aparmaq
  • Mürəkkəb telekom data tiplərinin (məsələn, zəng detalları, şəbəkə dataları) analizi üzrə ekspertlik formalaşdırmaq
  • Platformalar arasında data uyğunluğunu yoxlamaq və etibarlı hesabat metodologiyasını qorumaq
  • Datanı həftəlik, aylıq və rüblük hesabatlar üçün anlaşılan formata çevirmək
  • Aylıq/rüblük hesabatların və dealer komissiya hesablamalarının avtomatlaşdırılmasına kömək edərək manuel prosesləri azaltmaq
  • Business qaydalarını, hesabat məntiqini, transformasiya iş axınlarını və data mapping sənədlərini tərtib etmək

Xüsusi tələblər

  • Tableau dashboardlarının hazırlanması və SAP BusinessObjects hesabatlarının qurulması üzrə güclü təcrübə
  • Data çıxarılması və analizi üçün SQL üzrə yüksək bacarıqlar
  • Əla analitik və problem həll etmə bacarıqları, detallara diqqət
  • Texniki və qeyri-texniki tərəfdaşlara nəticələri effektiv təqdim etmək üçün güclü kommunikasiya bacarıqları
  • Telekommunikasiya dataları və sənayeyəxas metriklərlə işləmə təcrübəsi
  • Biznes tələblərini analitik həllərə çevirmək bacarığı
  • Data doğrulama (validation) və keyfiyyətə nəzarət proseslərində təcrübə
  • Hesabatların avtomatlaşdırılması üzrə texnika və alətlər haqqında bilik
  • Güclü biznes anlayışı və əsas performans göstəricilərinin (KPI) dərk edilməsi
  • Analitik sənədləşmə yaratmaq və onu davamlı yeniləmək təcrübəsi
Üstünlük verilən tələblər:
  • Dealer komissiyası və motivasiya hesabat sistemləri ilə işləmə təcrübəsi
  • BI üzrə sertifikatlar (Tableau, SAP BO sertifikatı)
  • Statistik analiz metodları və alətləri haqqında bilik
  • Data idarəetmə (data governance) çərçivələri və metadata menecmenti ilə təcrübə
  • Karmaşık formul və makrolar daxil olmaqla inkişaf etmiş Excelbacarıqları

Müraciət üçün (CV): https://careers.azercell.com/job/Baku-Data-Analitiki-Data-Analyst/1348089457/

Похожие вакансии

Смотреть все
Откликнуться