NS
NEOTELECOM SERVICES MMC
Senior System Administrator
Ежемесячная зарплата
₼1,800 – 2,000
- Опыт
- 1 ildən 3 ilə qədər
- Категория
- ИТ
О должности
Server və şəbəkə infrastrukturunun yüksək əlçatanlıq (High Availability) və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
Windows Server (2016/2019/2022) və Linux (Ubuntu, CentOS, Rocky Linux və s.) mühitlərinin qurulması, konfiqurasiyası, administrasiyası və optimallaşdırılması;
Active Directory infrastrukturu (AD DS, DNS, DHCP, Group Policy, OU strukturu, DFS və s.) üzrə idarəetmə və inkişaf işlərinin həyata keçirilməsi;
VMware vSphere (ESXi, vCenter) və ya Hyper-V virtualizasiya mühitlərinin idarə olunması, performansın optimallaşdırılması və kapasite planlamasının aparılması;
Backup, Disaster Recovery (DR) və Business Continuity həllərinin hazırlanması, tətbiqi və mütəmadi testlərinin keçirilməsi;
Şirkətin informasiya təhlükəsizliyi siyasətlərinin tətbiqi, təhlükəsizlik boşluqlarının aradan qaldırılması və Patch Management proseslərinin idarə olunması;
Firewall, VPN, VLAN və digər şəbəkə təhlükəsizliyi həllərinin idarə olunması;
SAN/NAS storage sistemlərinin idarə olunması, LUN və storage resurslarının optimallaşdırılması;
Microsoft Exchange və Microsoft 365 xidmətlərinin administrasiyası;
Monitorinq və loglama sistemlərinin (Zabbix, PRTG və s.) qurulması, inkişaf etdirilməsi və idarə olunması;
Kritik insidentlərin araşdırılması, Root Cause Analysis (RCA) aparılması və qabaqlayıcı tədbirlərin hazırlanması;
Yeni infrastruktur layihələrinin planlaşdırılması, tətbiqi və texniki rəhbərliyinin həyata keçirilməsi;
Sistem və şəbəkə arxitekturasının təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və icrası;
İT aktivlərinin inventarizasiyasının və texniki sənədləşmənin aparılması;
Junior və Middle səviyyəli sistem administratorlarına texniki dəstək və mentorluğun göstərilməsi;
Gündəlik, həftəlik və aylıq texniki hesabatların hazırlanması.
Uyğun namizədlər CV-lərini və ya əlaqə məlumatlarını [email protected] mail unvanına təqdim edə bilərlər.