V
Veysəloğlu MMC

Data Mühəndisliyi üzrə Menecer

Опубликовано 19 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Инжиниринг

О должности

İş şəraiti

  • Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/ İT, Data və Proqramların Təkmilləşdirilməsi Departamenti/Data Mühəndisliyi Şöbəsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur 

Vəzifə öhdəlikləri:

  • Data mühəndisliyi komandasına texniki rəhbərlik etmək və komandanın fəaliyyətini koordinasiya etmək; 
  • Tapşırıqların planlaşdırılması, prioritetləşdirilməsi və icrasına nəzarət etmək; 
  • Data Warehouse (DWH) və analitik məlumat platformalarının arxitekturasının formalaşdırılması və inkişafına rəhbərlik etmək; 
  • SSIS, T-SQL və SSAS əsaslı məlumat inteqrasiyası və analitik həllərin hazırlanmasını və dəstəklənməsini təmin etmək; 
  • Power BI hesabatları və məlumat modellərinin müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək; 
  • Microsoft Fabric platformasına keçid layihəsinin texniki icrasına rəhbərlik etmək; 
  • Biznes tələblərinin təhlilini həyata keçirmək və uyğun texniki həllərin hazırlanmasını təmin etmək; 
  • Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək, mentorluq və kod baxışı (Code Review) fəaliyyətlərini həyata keçirmək; 
  • Məlumat keyfiyyəti, təhlükəsizliyi və sistem performansının təmin olunmasına nəzarət etmək.

Vəzifə tələbləri:

  • Minimum 5 il data mühəndisliyi təcrübəsi; 
  • 1–2 il texniki rəhbərlik (Team Lead / Tech Lead) təcrübəsi; 
  • T-SQL üzrə yüksək səviyyədə bilik (Stored Procedures, Window Functions, Performance Tuning); 
  • SSIS ilə ETL proseslərinin hazırlanması və dəstəklənməsi üzrə təcrübə; 
  • Azure SQL / Azure Synapse üzərində DWH həllərinin qurulması üzrə təcrübə; 
  • SSAS (Tabular / Multidimensional) üzrə OLAP modellərlə iş təcrübəsi; 
  • Power BI (DAX, data model, report design) üzrə praktiki təcrübə; 
  • Tabular Editor və ya oxşar alətlərlə semantik model idarəetməsi; 
  • TFS / Azure DevOps ilə versiya və inkişaf proseslərinin idarə olunması; 
  • Azərbaycan dili sərbəst, ingilis dili texniki səviyyədə; 
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı.

Üstünlük hesab olunur:

  • Microsoft Fabric platforması üzrə (Lakehouse, Data Factory, Warehouse, Semantic Model) praktiki təcrübə; 
  • Medallion Architecture və Data Mesh yanaşmaları üzrə bilik və təcrübə; 
  • Bulud əsaslı data platformalarının (Azure və s.) qurulması və inkişafı üzrə layihə təcrübəsi; 
  • Agile/Scrum metodologiyaları ilə işləmə təcrübəsi.

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisliyi Komandasının Rəhbəri/Aparıcı Data Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Похожие вакансии

: