V
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
İş şəraiti
- Funksiya: Rəqəmsallaşdırma,transformasiya və layihələr direktorluğu/ İT, Data və Proqramların Təkmilləşdirilməsi Departamenti/Data Mühəndisliyi Şöbəsi
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Vəzifə öhdəlikləri:
- Data mühəndisliyi komandasına texniki rəhbərlik etmək və komandanın fəaliyyətini koordinasiya etmək;
- Tapşırıqların planlaşdırılması, prioritetləşdirilməsi və icrasına nəzarət etmək;
- Data Warehouse (DWH) və analitik məlumat platformalarının arxitekturasının formalaşdırılması və inkişafına rəhbərlik etmək;
- SSIS, T-SQL və SSAS əsaslı məlumat inteqrasiyası və analitik həllərin hazırlanmasını və dəstəklənməsini təmin etmək;
- Power BI hesabatları və məlumat modellərinin müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək;
- Microsoft Fabric platformasına keçid layihəsinin texniki icrasına rəhbərlik etmək;
- Biznes tələblərinin təhlilini həyata keçirmək və uyğun texniki həllərin hazırlanmasını təmin etmək;
- Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək, mentorluq və kod baxışı (Code Review) fəaliyyətlərini həyata keçirmək;
- Məlumat keyfiyyəti, təhlükəsizliyi və sistem performansının təmin olunmasına nəzarət etmək.
Vəzifə tələbləri:
- Minimum 5 il data mühəndisliyi təcrübəsi;
- 1–2 il texniki rəhbərlik (Team Lead / Tech Lead) təcrübəsi;
- T-SQL üzrə yüksək səviyyədə bilik (Stored Procedures, Window Functions, Performance Tuning);
- SSIS ilə ETL proseslərinin hazırlanması və dəstəklənməsi üzrə təcrübə;
- Azure SQL / Azure Synapse üzərində DWH həllərinin qurulması üzrə təcrübə;
- SSAS (Tabular / Multidimensional) üzrə OLAP modellərlə iş təcrübəsi;
- Power BI (DAX, data model, report design) üzrə praktiki təcrübə;
- Tabular Editor və ya oxşar alətlərlə semantik model idarəetməsi;
- TFS / Azure DevOps ilə versiya və inkişaf proseslərinin idarə olunması;
- Azərbaycan dili sərbəst, ingilis dili texniki səviyyədə;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı.
Üstünlük hesab olunur:
- Microsoft Fabric platforması üzrə (Lakehouse, Data Factory, Warehouse, Semantic Model) praktiki təcrübə;
- Medallion Architecture və Data Mesh yanaşmaları üzrə bilik və təcrübə;
- Bulud əsaslı data platformalarının (Azure və s.) qurulması və inkişafı üzrə layihə təcrübəsi;
- Agile/Scrum metodologiyaları ilə işləmə təcrübəsi.
Təminatlar:
- Servis xidməti
- Nahar təminatı
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisliyi Komandasının Rəhbəri/Aparıcı Data Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.