WMI
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- HR
О должности
World Metal Industry komandamıza qoşulacaq məsuliyyətli və ünsiyyətcil xanım Direktor Assistenti axtarır.
Vəzifə öhdəlikləri:
- Direktorun gündəlik iş qrafikinin və görüşlərinin təşkil edilməsi;
- Daxil olan sənəd və müraciətlərin qəbul olunması və aidiyyəti üzrə yönləndirilməsi;
- Rəsmi məktub, müraciət və digər sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasının koordinasiya olunması;
- Görüş, iclas və digər tədbirlərin təşkilində iştirak edilməsi;
- Telefon zənglərinin, elektron məktubların və digər müraciətlərin cavablandırılması;
- Qonaqların və tərəfdaşların qarşılanması və qəbul prosesinin təşkili;
- Ofisdaxili inzibati işlərə və sənəd dövriyyəsinə dəstək göstərilməsi;
- Rəhbərlik üçün zəruri məlumatların toplanması və təqdim olunması.
Tələblər:
- Ali təhsil;
- Məsuliyyətli, operativ və diqqətli olmaq;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Sənədlərlə işləmək bacarığı;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- Direktor assistenti, katibə və ya inzibati sahədə iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı.
- Universiteti yeni bitirmiş, gənc və öyrənməyə açıq namizədlərə üstünlük verilir.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00–19:00, Şənbə 10:00–14:00;
- Karyera inkişafı imkanı;
- Mehriban iş mühiti;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Qeyd: Vakansiya üzrə yalnız xanım namizədlərin müraciəti nəzərdə tutulur.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Direktor Assistenti” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.