WMI
World Metal Industry

Direktor Assistenti

1 gün əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
İnsan resursları

Vəzifə haqqında

World Metal Industry komandamıza qoşulacaq məsuliyyətli və ünsiyyətcil xanım Direktor Assistenti axtarır.

Vəzifə öhdəlikləri:

  • Direktorun gündəlik iş qrafikinin və görüşlərinin təşkil edilməsi;
  • Daxil olan sənəd və müraciətlərin qəbul olunması və aidiyyəti üzrə yönləndirilməsi;
  • Rəsmi məktub, müraciət və digər sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasının koordinasiya olunması;
  • Görüş, iclas və digər tədbirlərin təşkilində iştirak edilməsi;
  • Telefon zənglərinin, elektron məktubların və digər müraciətlərin cavablandırılması;
  • Qonaqların və tərəfdaşların qarşılanması və qəbul prosesinin təşkili;
  • Ofisdaxili inzibati işlərə və sənəd dövriyyəsinə dəstək göstərilməsi;
  • Rəhbərlik üçün zəruri məlumatların toplanması və təqdim olunması.

Tələblər:

  • Ali təhsil;
  • Məsuliyyətli, operativ və diqqətli olmaq;
  • Ünsiyyət və təşkilatçılıq bacarığı;
  • Sənədlərlə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • Direktor assistenti, katibə və ya inzibati sahədə iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Universiteti yeni bitirmiş, gənc və öyrənməyə açıq namizədlərə üstünlük verilir.

İş şəraiti:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00–19:00, Şənbə 10:00–14:00;
  • Karyera inkişafı imkanı;
  • Mehriban iş mühiti;
  • Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.

Qeyd: Vakansiya üzrə yalnız xanım namizədlərin müraciəti nəzərdə tutulur.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Direktor Assistenti” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: