PRE PASHA Real Estate GroupPASHA Real Estate Group

Electrical QC Engineer

Bakı Опубликовано 1 мес. назад Источник
Полная занятость Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Tikinti sahəsində həyata keçirilən bütün elektrik quraşdırma işlərinə nəzarət etmək və onların təsdiq olunmuş çertyojlar, texniki spesifikasiyalar, keyfiyyət standartları və layihə tələblərinə uyğunluğunu yoxlamaq.
  • Elektrik işləri üzrə təsdiqlənmiş Keyfiyyətə Nəzarət Planının (QCP), Yoxlama və Test Planlarının (ITP) və layihəyə məxsus keyfiyyət prosedurlarının tətbiqini təmin etmək və onlara riayət etmək.
  • Tikintinin müxtəlif mərhələlərində elektrik quraşdırmaları, materiallar və avadanlıqlar üzrə yoxlamalar aparmaq və nəticələri qeydiyyata almaq.
  • Keyfiyyət problemlərinin və uyğunsuzluqların aradan qaldırılması üçün Elektrik Sahə Mühəndisləri, briqadirlər və subpodratçılar ilə koordinasiya aparmaq.
  • Zəruri hallarda Uyğunsuzluq Hesabatları (NCR) hazırlamaq və korrektiv/preventiv tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək.
  • Sahəyə gətirilən bütün elektrik materialları və avadanlıqlarının təsdiqlənmiş submittal və spesifikasiyalara uyğunluğunu yoxlamaq.
  • Elektrik sistemləri üzrə test, yoxlama və istismara vermə (commissioning) işlərində iştirak etmək və standartlara uyğunluğu təsdiqləmək.
  • Keyfiyyət qeydlərini, yoxlama hesabatlarını, test nəticələrini və təhvil sənədlərini düzgün şəkildə saxlamaq.
  • As-built sənədlərinin, test sertifikatlarının və yekun təhvil dosyelərinin hazırlanmasına dəstək göstərmək.

Tələblər

Təhsil:

Elektrik Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.

İxtisaslaşma sahələri:

Elektrik üzrə keyfiyyətə nəzarət, yoxlamalar, test və istismara vermə (commissioning), həmçinin QA/QC sənədləşməsi.

İş təcrübəsi:

Tikinti layihələrində elektrik üzrə keyfiyyətə nəzarət sahəsində minimum 3–5 il iş təcrübəsi.

Dil və kompüter bilikləri (Microsoft Office):

  • Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik
  • MS Office və AutoCAD proqramlarında işləmək bacarığı

XÜSUSİ TƏLƏBLƏR

  • Detallara və keyfiyyət tələblərinə yüksək diqqət
  • Elektrik norma və standartları, həmçinin test prosedurları üzrə yaxşı bilik
  • Müstəqil işləmək və sahə komandaları ilə koordinasiya aparmaq bacarığı
  • Güclü sənədləşdirmə və hesabat hazırlama bacarıqları
  • Sahə şəraitində işləmək və müəyyən edilmiş vaxt çərçivələrinə riayət etmək bacarığı
PRE PASHA Real Estate Group
PASHA Real Estate Group

PASHA Real Estate Group operates extensively in real estate, specializing in developing and managing group assets. We are dedicated to reshaping urban landscapes through cutting-edge projects that…

Похожие вакансии

Смотреть все
Откликнуться