PRE
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Mühəndislik
Vəzifə haqqında
Təsvir
- Tikinti sahəsində həyata keçirilən bütün elektrik quraşdırma işlərinə nəzarət etmək və onların təsdiq olunmuş çertyojlar, texniki spesifikasiyalar, keyfiyyət standartları və layihə tələblərinə uyğunluğunu yoxlamaq.
- Elektrik işləri üzrə təsdiqlənmiş Keyfiyyətə Nəzarət Planının (QCP), Yoxlama və Test Planlarının (ITP) və layihəyə məxsus keyfiyyət prosedurlarının tətbiqini təmin etmək və onlara riayət etmək.
- Tikintinin müxtəlif mərhələlərində elektrik quraşdırmaları, materiallar və avadanlıqlar üzrə yoxlamalar aparmaq və nəticələri qeydiyyata almaq.
- Keyfiyyət problemlərinin və uyğunsuzluqların aradan qaldırılması üçün Elektrik Sahə Mühəndisləri, briqadirlər və subpodratçılar ilə koordinasiya aparmaq.
- Zəruri hallarda Uyğunsuzluq Hesabatları (NCR) hazırlamaq və korrektiv/preventiv tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək.
- Sahəyə gətirilən bütün elektrik materialları və avadanlıqlarının təsdiqlənmiş submittal və spesifikasiyalara uyğunluğunu yoxlamaq.
- Elektrik sistemləri üzrə test, yoxlama və istismara vermə (commissioning) işlərində iştirak etmək və standartlara uyğunluğu təsdiqləmək.
- Keyfiyyət qeydlərini, yoxlama hesabatlarını, test nəticələrini və təhvil sənədlərini düzgün şəkildə saxlamaq.
- As-built sənədlərinin, test sertifikatlarının və yekun təhvil dosyelərinin hazırlanmasına dəstək göstərmək.
Tələblər
Təhsil:
Elektrik Mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
İxtisaslaşma sahələri:
Elektrik üzrə keyfiyyətə nəzarət, yoxlamalar, test və istismara vermə (commissioning), həmçinin QA/QC sənədləşməsi.
İş təcrübəsi:
Tikinti layihələrində elektrik üzrə keyfiyyətə nəzarət sahəsində minimum 3–5 il iş təcrübəsi.
Dil və kompüter bilikləri (Microsoft Office):
- Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik
- MS Office və AutoCAD proqramlarında işləmək bacarığı
XÜSUSİ TƏLƏBLƏR
- Detallara və keyfiyyət tələblərinə yüksək diqqət
- Elektrik norma və standartları, həmçinin test prosedurları üzrə yaxşı bilik
- Müstəqil işləmək və sahə komandaları ilə koordinasiya aparmaq bacarığı
- Güclü sənədləşdirmə və hesabat hazırlama bacarıqları
- Sahə şəraitində işləmək və müəyyən edilmiş vaxt çərçivələrinə riayət etmək bacarığı