BMB Baku Marriott Boulevard HotelBaku Marriott Boulevard Hotel

Elektrik

Опубликовано 18 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
22 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Mehmanxananın işıq/elektrik qurğularının ləvazimatlarının təmir və istismar edilməsi;
  • Mehmanxananın planlı-profilaktik təmir sisteminə və təmir işlərinin qeydiyyatı sisteminə aid bütün cari işlərin yerinə yetirilməsi;
  • Rəhbərliyə təmirlərin statusu və gözlənilən xərclər haqqında məlumatın verilməsi və dəyişdirilmə işlərinə baxılmasının nə vaxt münasib olacağının göstərilməsi;
  • Lazımi istismar, texniki təhlükəsizlik proseduraları və bütün avadanlığın təmizlənməsi barəsində həmkarlarının təlimatlandırılması prosesində iştirak etmək;
  • Lazımi ehtiyat hissələrinin inventar səviyyələrinin yaradılması və saxlanılması;
  • Avadanlığın lazımi istismar və cari təmir təcrübələrinə dair işçi yığıncaqlarının keçirilməsi və/və yaxud işçi yığıncaqlarında iştirak etmək;
  • Müəyyən edilmiş vaxt intervallarına müvafiq olaraq, elektrik avadanlıqlarına baxış keçirilməsi, cari təmir proqramının həyata keçirilməsi və yerinə yetirilməsi;
  • Mehmanxananın elektrik avadanlığı üzrə müntəzəm yoxlamaların (servisin) aparılması və kompüter sistemində sənədləşdirilməsinə dəstək vermək;
  • Növbəti baxış və yoxlamalar üçün müvafiq faylların qorunması, qeydiyyat cədvəllərinin aparılması və ehtiyatların saxlanılmasının təmin edilməsi;
  • Mehmanxananın bütün sahələrində elektrik qurğuların saz vəziyyətdə saxlanmasına cavab vermək ;
  • Yeni elektrik avadanlıqlarının və şəbəkələrinin quraşdırmasını edir;
  • Tərtib olunmuş cədvələ əsasən bütün elektrik avadanlıqlarının planlaşdırılmış qabaqlayıcı-profillaktiki təmirinin həyata keçirilməsi;
  • Ehtiyyat hissələrinin işləmə nəticəsində yeyilməsi, zəyifləməsi, sıradan cıxması səbəblərini müəyyən edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görülür;
  • Texniki xidmət və əməliyyat spesifikasiyalrı, avadanlıqların texniki şərtlərinə uyğun olaraq elektrik avadanlıqlarının, müəssisənin elektrik şəbəkələrinin və transformatorlarının düzgün istismarını və xidmətini təmin etmək;
  • Elektrik cihazlarında yaranan nasazlıqları aradan qaldırır, təmir, montaj və sazlama işlərini yerinə yetirir

Tələblər

  • Müvafiq sahə üzrə iş təcrübəsi (Otel sahəsində təcrübəsi olanlara üstünlük verilir);
  • Elektrik mühəndisliyi üzrə texniki-peşə təhsili ;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsipi haqqında biliklər.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər

BMB Baku Marriott Boulevard Hotel
Baku Marriott Boulevard Hotel

Welcome to Baku Marriott Hotel Boulevard, your premier family-friendly seaside retreat located in the heart of Baku's White City district. ​Our Baku hotel is 5-star, offering all the luxury amenities…

Похожие вакансии

Смотреть все
Откликнуться