Əmək Haqqı və HR Əməliyyatları üzrə aparıcı mütəxəssis
Режим работы Полная занятость Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- İş vaxtının uçotu, davamiyyət və növbə qrafiklərinin düzgün aparılmasına nəzarət etmək;
- Davamiyyət məlumatlarını toplamaq, yoxlamaq və əmək haqqı hesablamaları üçün hazırlamaq;
- Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (xəstəlik vərəqələri) və digər iş vaxtı məlumatlarının sistemə daxil edilməsini və düzgünlüyünü təmin etmək;
- Əmək haqqı hesablanması prosesində iştirak etmək və müvafiq məlumatların düzgünlüyünü yoxlamaq;
- Əmək haqqı, davamiyyət və iş vaxtı uçotu üzrə hesabatlar hazırlamaq;
- Kadr dəyişikliklərinin (işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişiklikləri, xitamlar və s.) sistemdə düzgün əks etdirilməsinə nəzarət etmək;
- Əmək haqqı və iş vaxtı uçotu ilə bağlı əməkdaşların müraciətlərini cavablandırmaq;
- İnsan resursları informasiya sistemlərində məlumatların aktuallığını və düzgünlüyünü təmin etmək;
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədlərin hazırlanmasında iştirak etmək.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Əmək haqqı, kadr inzibatçılığı və ya HR əməliyyatları sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə biliklər;
- İş vaxtının uçotu, məzuniyyət, xəstəlik vərəqələri və əmək haqqı hesablamaları üzrə praktiki təcrübə;
- MS Excel və 1C proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ya ingilis dilində işgüzar səviyyədə bilik;
- Diqqətlilik və dəqiqlik;
- Analitik düşüncə;
- Məsuliyyətlilik;
- Məxfi məlumatlarla işləmək bacarığı;
- Vaxtın effektiv idarə olunması.
A
Anonym