Əməkhaqqı mühasibi
Опубликовано 16 ч. назад Источник ↗
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
“Nur Collection” MMC “Əməkhaqqı mühasibi” vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
- 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin olunur
- Nahar fasiləsi: 13:00 - 14:00
- Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü)
Əsas Vəzifələr:
- İşçilərin əməkhaqqı, mükafat, əlavə ödəniş, məzuniyyət, ezamiyyət və digər əmək ödənişlərini qüvvədə olan qanunvericiliyə uyğun hesablamaq və işçinin əmək haqqı kartına ödənişi icra etmək.
- Gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə tutulmaları düzgün tətbiq etmək;
- Son haqq-hesabların və kompensasiya ödənişlərinin hesablanmasını həyata keçirmək;
- Əməkhaqqı üzrə mühasibat yazılışlarını formalaşdırmaq və mühasibat uçotunda düzgün əks etdirmək;
- Dövlət qurumlarına təqdim olunan hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək. həmçinin vahid bəyannamə hesabatının verilməsi.
- Əmək müqavilələri, əmrlər, tabel məlumatları və digər ilkin sənədlərin əməkhaqqı hesablamalarına uyğunluğunu yoxlamaq;
- Əməkhaqqı fondunun təhlilini aparmaq, statistik və analitik hesabatlar hazırlamaq;
- Daxili və xarici audit proseslərində əməkhaqqı üzrə məlumat və sənədlərin təqdim edilməsini təmin etmək;
- Əməkhaqqı proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması istiqamətində təkliflər vermək;
- Məlumatların məxfiliyini qorumaq və peşə etikası prinsiplərinə riayət etmək.
Namizədə tələblər:
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Əməkhaqqı üzrə mühasib vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və sosial sığorta qanunvericiliyi üzrə dərin biliklər;
- Mühasibat uçotu prinsipləri və əməkhaqqı uçotu üzrə peşəkar bilik;
- 1C (8.3), ERP və ya digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı (Pivot Table, IF, SUMIFS, XLOOKUP və s.);
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;
- Güclü ünsiyyət və komanda ilə əməkdaşlıq bacarığı.
Vakansiya ilə əlaqədar CV faylını “Əməkhaqqı mühasibi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiniz.
NC 
Nur Collection
Emal sənayesi
2014-cü ildən pərakəndə geyim mağazaları şəbəkəsi kimi fəaliyyət göstərən, 2021-ci ildən etibarən "Nur Collection" MMC öz yerli geyim brendini yaradaraq qadın, uşaq, kişi geyimləri istehsal etməyə…