SAMT LLC Ətraf Mühit üzrə Mühəndis / Ekoloq
Опубликовано 17 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
"SAMT" MMC-də "Ətraf Mühit üzrə Mühəndis / Ekoloq" vakansiyası mövcuddur.
İş yeri: Sumqayıt / Xızı
Əsas öhdəliklər:
- Ətraf mühit üzrə plan, prosedur və tədbirlər planlarını hazırlamaq və tətbiqini təmin etmək;
- İstehsalat fəaliyyətlərinin ətraf mühitə təsirlərini qiymətləndirmək və ekoloji risklərin idarə olunmasını təmin etmək;
- Yerli qanunvericiliyin və ISO 14001:2015 standartının tələblərinə uyğunluğu təmin etmək;
- Ekoloji yoxlamalar, auditlər və monitorinq proqramlarını hazırlamaq və həyata keçirmək;
- Tullantıların idarə olunması, su sərfiyyatı və çirkab suların təmizlənməsi proseslərinə nəzarət etmək;
- Atmosfer emissiyalarına, o cümlədən İstilik Effekti Yaradan Qazların (İEYQ) mənbələrinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq;
- Dövlət orqanları və beynəlxalq audit təşkilatları ilə əlaqələri koordinasiya etmək və müvafiq hesabatları hazırlamaq;
- Ekoloji maarifləndirmə tədbirlərini həyata keçirmək və maraqlı tərəflərlə əməkdaşlığı təmin etmək.
Tələblər:
- Ətraf mühit mühəndisliyi, ekologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə təlim və sertifikatların olması üstünlük hesab olunur;
- ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatının olması arzuolunandır;
- İngilis dili biliyi sərbəst danışıq səviyyəsində;
- Ətraf mühitə təsirlərin azaldılması sahəsində praktiki təcrübə;
- Tullantıların idarə olunması sistemləri üzrə praktiki bilik və təcrübə;
- MS Office proqramları ilə işləmə bacarığı.
Şirkət tərəfindən verilən imtiyazlar:
- Nahar;
- Könüllü tibbi sığorta;
- Korporativ mobil nömrə;
- Servis nəqliyyatı.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ətraf Mühit üzrə Mühəndis / Ekoloq” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
S 

SAMT LLC
Emal sənayesi
SAMT LLC is a company aiming to manufacture high-quality products. The company plans to build its operations based on modern technologies and innovative approaches. With an experienced and…