Alba Cakes Executive Chef
Режим работы Полная занятость Категория Гостеприимство
О должности
Vəzifə öhdəlikləri
- Şirniyyat istehsalının gündəlik fəaliyyətini planlaşdırmaq və idarə etmək;
- İstehsal komandasının işini təşkil etmək, nəzarət etmək və motivasiya etmək;
- Məhsulların keyfiyyət standartlarına uyğun hazırlanmasını təmin etmək;
- Yeni məhsulların və reseptlərin hazırlanması, mövcud reseptlərin təkmilləşdirilməsi;
- Reseptlərin standartlaşdırılması və istehsal prosesinin optimallaşdırılması;
- Xammal sərfiyyatına və istehsal maya dəyərinə nəzarət etmək;
- Məhsul ehtiyatlarının düzgün planlaşdırılması və anbarla koordinasiyalı işləmək;
- Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına tam riayət olunmasını təmin etmək;
- İstehsal avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək;
- İstehsalın səmərəliliyini artırmaq üçün yeni metod və texnologiyaların tətbiqində iştirak etmək.
Namizədə tələblər
- Şirniyyat istehsalı sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
- Müasir desertlər, tortlar, bulkalar və digər qənnadı məmulatlarının hazırlanması üzrə yüksək peşəkar bilik;
- İstehsal proseslərinin planlaşdırılması və komanda idarəetmə bacarığı;
- Qida təhlükəsizliyi və sanitariya normaları barədə bilik;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Problem həll etmə və operativ qərarvermə bacarığı.
İş qrafiki:
- Həftədə 6 tam iş günü
- İş saatları: ( 07:00 – 16:00)
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Alba Cakes