A
- Категория
- HR
О должности
“AZERA Holdingin” tərkibində fəaliyyət göstərən Nanə Garden & Nanə pub restoran şəbəkəsinə HR Menecer axtarılır.
Vəzifə öhdəlikləri:
- İşçi tələbatının müəyyənləşdirilməsi və işə qəbul planının hazırlanması;
- Vakansiyaların elan edilməsi, namizədlərin axtarışı, seçilməsi və müsahibələrin keçirilməsi;
- Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin təşkili;
- Kadr sənədlərinin hazırlanması və düzgün şəkildə idarə olunmasına nəzarət;
- Əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərinin icrası;
- İşçilərin performansının qiymətləndirilməsi və inkişaf proqramlarının hazırlanması;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkili;
- Motivasiya və korporativ mədəniyyət tədbirlərinin həyata keçirilməsi;
- İşçi dövriyyəsinin təhlili və azaldılması istiqamətində tədbirlərin görülməsi;
- Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq edərək insan resursları strategiyalarının həyata keçirilməsi;
- Aylıq və dövri HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- Restoran sektorunda ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- İşə qəbul, performans idarəetməsi, adaptasiya və təlim prosesləri üzrə təcrübə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
- Komandada işləmək və prosesləri effektiv idarə etmək bacarığı;
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və təşəbbüskar;
- Liderlik və qərarvermə bacarıqları;
- Nəticəyönümlü və operativ;
- Yüksək etik davranış və məxfilik prinsiplərinə riayət edən.
İş şəraiti:
- Əmək haqqı: 1200 AZN (net)
- İş qrafiki: 5 günlük iş həftəsi
- Nahar şirkət tərəfindən təmin edilir
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Dinamik və inkişaf yönümlü iş mühiti
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək mövzu hissəsində "HR Menecer" qeyd etmələri xahiş olunur.