Eden Agro MMC Hüquqşünas
О должности
İş şəraiti
- İşəgötürən: Eden Agro MMC
- Struktur: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamenti
- Birbaşa rəhbər: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri
- İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
- Dövlət orqanları, idarə və təşkilatlarla Cəmiyyət arasında rəsmi yazışmaların aparılmasını, məktub, sorğu və cavabların hazırlanmasını təmin etmək;
- Dövlət orqanları, idarə və təşkilatlardan daxil olan sorğuların təhlilini aparmaq, müvafiq struktur bölmələrlə koordinasiya etməklə cavab layihələrini hazırlamaq;
- Cəmiyyətin fəaliyyətinə aid icazə, razılıq, rəy, arayış, lisenziya və digər inzibati sənədlərin alınması prosesində iştirak etmək və prosesi təqib etmək;
- Rəsmi qurumlarla keçirilən görüşlərdə, iclaslarda və rəsmi tədbirlərdə iştirak etmək, nəticələr üzrə hesabat hazırlamaq;
- Dövlət orqanları tərəfindən qəbul edilən qərarların, göstərişlərin və tələblərin icrasının koordinasiyasında iştirak etmək;
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, Cəmiyyətin fəaliyyətinə təsir edən normativ aktlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Dövlət qurumları ilə münasibətlərdə yaranan riskləri müəyyən etmək və Departament Rəhbərinə müvafiq məlumat və təkliflər təqdim etmək;
- Dövlət qurumları ilə iş üzrə arxivləşdirməni, sənədlərin uçotunu və elektron sistemlərdə qeydiyyatını aparmaq;
- Departament Rəhbərinin tapşırığı ilə digər hüquqi və təşkilati məsələlərin icrasında iştirak etmək.
Vəzifə tələbləri:
- Hüquq üzrə ali təhsil;
- Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Aqrar, istehsal, logistika, torpaq idarəçiliyi və ya kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərdə iş təcrübəsi üstünlükdür;
- Dövlət orqanları, bələdiyyələr, notariat orqanları, daşınmaz əmlak və torpaq idarəetmə qurumları ilə iş təcrübəsi;
- Hüquqi sənədlərin, rəy, hesabat və arayışların hazırlanması bacarığı.
- Təsərrüfat əraziləri üzrə konfliktlərin idarəedilməsi
- Hüquqmühafizə orqanları ilə işlərin aparılması
- Aşağıdakı sahələr üzrə zəruri hüquqi biliklərin olması nəzərdə tutulur:
- Mülki qanunvericilik;
- Torpaq qanunvericiliyi;
- Torpaqların təyinatının dəyişdirilməsi, istifadəsi, icarəsi və idarə edilməsi ilə bağlı hüquqi normalar;
- Daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məsələləri;
- İnzibati icraat və inzibati məhkəmə icraatı;
- İcra haqqında qanunvericilik;
- Ətraf mühitin mühafizəsi, su ehtiyatlarından istifadə, suvarma və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı əsas normativ tələblər;
- Lisenziya, icazə və sertifikatlaşdırma prosedurlarının əsasları.Sürücülük vəsiqəsi (B) olmalı.
Biz təklif edirik:
- Hüquq sahəsində praktiki təcrübə qazanmaq imkanı;
- Peşəkar komanda ilə işləmək və mentor dəstəyi;
- Karyera inkişafı və gələcəkdə daimi işlə təmin olunma perspektivi;
- Korporativ iş mühiti və peşəkar inkişaf imkanları.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Hüquqşünas” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…