EA Eden Agro MMCEden Agro MMC

Hüquqşünas

21 saat əvvəl yerləşdirilib Mənbə
Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
13 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC
  • Struktur: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamenti
  • Birbaşa rəhbər: Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin rəhbəri
  • İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • Dövlət orqanları, idarə və təşkilatlarla Cəmiyyət arasında rəsmi yazışmaların aparılmasını, məktub, sorğu və cavabların hazırlanmasını təmin etmək;
  • Dövlət orqanları, idarə və təşkilatlardan daxil olan sorğuların təhlilini aparmaq, müvafiq struktur bölmələrlə koordinasiya etməklə cavab layihələrini hazırlamaq;
  • Cəmiyyətin fəaliyyətinə aid icazə, razılıq, rəy, arayış, lisenziya və digər inzibati sənədlərin alınması prosesində iştirak etmək və prosesi təqib etmək;
  • Rəsmi qurumlarla keçirilən görüşlərdə, iclaslarda və rəsmi tədbirlərdə iştirak etmək, nəticələr üzrə hesabat hazırlamaq;
  • Dövlət orqanları tərəfindən qəbul edilən qərarların, göstərişlərin və tələblərin icrasının koordinasiyasında iştirak etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək, Cəmiyyətin fəaliyyətinə təsir edən normativ aktlar barədə rəhbərliyi məlumatlandırmaq;
  • Dövlət qurumları ilə münasibətlərdə yaranan riskləri müəyyən etmək və Departament Rəhbərinə müvafiq məlumat və təkliflər təqdim etmək;
  • Dövlət qurumları ilə iş üzrə arxivləşdirməni, sənədlərin uçotunu və elektron sistemlərdə qeydiyyatını aparmaq;
  • Departament Rəhbərinin tapşırığı ilə digər hüquqi və təşkilati məsələlərin icrasında iştirak etmək.

Vəzifə tələbləri:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquqşünas vəzifəsində minimum 1 il iş təcrübəsi;
  • Aqrar, istehsal, logistika, torpaq idarəçiliyi və ya kommersiya fəaliyyəti ilə məşğul olan şirkətlərdə iş təcrübəsi üstünlükdür;
  • Dövlət orqanları, bələdiyyələr, notariat orqanları, daşınmaz əmlak və torpaq idarəetmə qurumları ilə iş təcrübəsi;
  • Hüquqi sənədlərin, rəy, hesabat və arayışların hazırlanması bacarığı.
  • Təsərrüfat əraziləri üzrə konfliktlərin idarəedilməsi
  • Hüquqmühafizə orqanları ilə işlərin aparılması
  • Aşağıdakı sahələr üzrə zəruri hüquqi biliklərin olması nəzərdə tutulur:
  • Mülki qanunvericilik;
  • Torpaq qanunvericiliyi;
  • Torpaqların təyinatının dəyişdirilməsi, istifadəsi, icarəsi və idarə edilməsi ilə bağlı hüquqi normalar;
  • Daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastr məsələləri;
  • İnzibati icraat və inzibati məhkəmə icraatı;
  • İcra haqqında qanunvericilik;
  • Ətraf mühitin mühafizəsi, su ehtiyatlarından istifadə, suvarma və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı əsas normativ tələblər;
  • Lisenziya, icazə və sertifikatlaşdırma prosedurlarının əsasları.Sürücülük vəsiqəsi (B) olmalı.

Biz təklif edirik:

  • Hüquq sahəsində praktiki təcrübə qazanmaq imkanı;
  • Peşəkar komanda ilə işləmək və mentor dəstəyi;
  • Karyera inkişafı və gələcəkdə daimi işlə təmin olunma perspektivi;
  • Korporativ iş mühiti və peşəkar inkişaf imkanları.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Hüquqşünas” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

EA Eden Agro MMC
Eden Agro MMC

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et