L LibraffLibraff

İctimaiyyətlə Əlaqələr üzrə Baş Mütəxəssis

Опубликовано 1 дн. назад Источник
Маркетинг
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
19 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş şəraiti

  • İş qrafiki: 5 günlük
  • Əmək haqqı: 2000 azn

Vəzifə öhdəlikləri

  • Şirkətin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanması və icrasını təmin etmək;
  • Aylıq və həftəlik İƏ və SMM planının hazırlannması:
  • Media nümayəndələri ilə əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək;
  • Şirkətin fəaliyyətini media və ictimai platformalarda düzgün şəkildə təqdim etmək;
  • Sosial media paylaşımlarının hazırlanması,vizualların və mətnlərin hazırlanması;
  • Korporativ tədbirlər, kitab təqdimatları, sərgilər, sosial layihələr və mətbuat konfranslarının təşkilində iştirak etmək;
  • Şirkətin korporativ imicinin və brend nüfuzunun qorunması istiqamətində tədbirlər həyata keçirmək;
  • Sosial media və digər kommunikasiya kanalları üzrə məzmun planının hazırlanmasına dəstək vermək;
  • İctimai rəyin və media məlumatlarının monitorinqini aparmaq, rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • Dövlət qurumları, tərəfdaş təşkilatlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələri koordinasiya etmək;
  • Kommunikasiya sahəsində yaranan risklərin idarə olunmasına dəstək vermək;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Namizədə tələblər

  • Ali təhsil (Jurnalistika, İctimaiyyətlə əlaqələr, Marketinq, Filologiya, Kommunikasiya və ya əlaqəli ixtisaslar üzrə);
  • İctimaiyyətlə əlaqələr və ya korporativ kommunikasiya sahəsində minimum  3 il  iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq bacarığı;
  • İngilis  və Rus dili  biliyi üstünlükdür;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü təqdimat, yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Operativ qərarvermə və komanda ilə işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və etik davranış prinsiplərinə riayət etmək.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə İctimaiyyətlə Əlaqələr üzrə Baş Mütəxəssis başlığı ilə müraciət edə bilər.

L Libraff
Libraff
Topdansatış və pərakəndə ticarət

2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. “LIBRAFF”ın…

Похожие вакансии

Смотреть все