ATV
Aqrar Tədarük və Təchizat

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Опубликовано 1 дн. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Категория
Маркетинг

О должности

“İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edilir!

Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!

Vəzifə öhdəlikləri

  • Müəssisənin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Press-relizlər, açıqlamalar, müsahibələr, məqalələr, çıxış mətnləri və digər kommunikasiya materiallarını hazırlamaq;
  • Kütləvi informasiya vasitələri ilə əlaqələri qurmaq və davam etdirmək, media sorğularını cavablandırmaq;
  • Müəssisənin rəsmi internet səhifəsi və sosial media platformaları üçün məzmun hazırlanmasında iştirak etmək;
  • Müəssisənin fəaliyyəti ilə bağlı mediada yayımlanan məlumatları izləmək, təhlil etmək və hesabatlar hazırlamaq;
  • İctimai tədbirlərin, konfransların, sərgilərin, brifinqlərin və digər tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək.

Namizədə tələblər

  • Ali təhsil (Jurnalistika, İctimaiyyətlə əlaqələr, Kommunikasiya, Filologiya, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
  • İctimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media, jurnalistika və kontent yaradılması üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, ingilis dillərini bilmək üstünlükdür;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Press-reliz, xəbər, məqalə və digər kommunikasiya materiallarının hazırlanması bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • “Adobe Premiere Pro” və mobil video montaj tətbiqləri ilə işləmək bacarığının olması arzuolunandır;
  • Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.

İş rejimi:

  • 5 günlük iş qrafiki
  • İş saatı 09:00-18:00-dək
  • Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.

CV-lərinizi mövzu hissəsində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Похожие вакансии

: