ATV
Aqrar Tədarük və Təchizat
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Posted 1 d ago Source: jobsearch.az ↗
- Category
- Marketing
About this role
“İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” vakansiyası üzrə işçi axtarışı elan edilir!
Şirkətimizə qoşulun, yeni uğurlara imza atın!
Vəzifə öhdəlikləri
- Müəssisənin ictimaiyyətlə əlaqələr strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Press-relizlər, açıqlamalar, müsahibələr, məqalələr, çıxış mətnləri və digər kommunikasiya materiallarını hazırlamaq;
- Kütləvi informasiya vasitələri ilə əlaqələri qurmaq və davam etdirmək, media sorğularını cavablandırmaq;
- Müəssisənin rəsmi internet səhifəsi və sosial media platformaları üçün məzmun hazırlanmasında iştirak etmək;
- Müəssisənin fəaliyyəti ilə bağlı mediada yayımlanan məlumatları izləmək, təhlil etmək və hesabatlar hazırlamaq;
- İctimai tədbirlərin, konfransların, sərgilərin, brifinqlərin və digər tədbirlərin təşkili və koordinasiyasında iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil (Jurnalistika, İctimaiyyətlə əlaqələr, Kommunikasiya, Filologiya, Marketinq və ya digər uyğun ixtisaslar üzrə);
- İctimaiyyətlə əlaqələr, korporativ kommunikasiya, media, jurnalistika və kontent yaradılması üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, ingilis dillərini bilmək üstünlükdür;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- Press-reliz, xəbər, məqalə və digər kommunikasiya materiallarının hazırlanması bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- “Adobe Premiere Pro” və mobil video montaj tətbiqləri ilə işləmək bacarığının olması arzuolunandır;
- Komandada işləmək, təşəbbüskarlıq və yüksək məsuliyyətlilik.
İş rejimi:
- 5 günlük iş qrafiki
- İş saatı 09:00-18:00-dək
- Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.