Guven Technology LLC İdarəçilik, Risk və Uyğunluğun Qiymətləndirilməsi (GRC) Şöbə müdiri
О должности
Təsvir
· Korporativ idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;
· Təşkilatın daxili normativ sənədlərinin (siyasət, prosedur, qayda, təlimat və s.) hazırlanması, yenilənməsi və idarə olunması;
· Risklərin idarə olunması metodologiyasının hazırlanması və tətbiqinə rəhbərlik etmək;
· Korporativ risk reyestrinin hazırlanması, monitorinqi və dövri yenilənməsini təmin etmək;
· Uyğunluq (Compliance) proseslərini təşkil etmək və qanunvericilik, beynəlxalq standartlar və daxili tələblərə riayət olunmasına nəzarət etmək;
· Biznes proseslərinin təhlili, optimallaşdırılması və standartlaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
· Korporativ idarəetmə komitələri və rəhbərlik üçün hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq;
· Təşkilatın strateji məqsədlərinə uyğun GRC çərçivəsinin inkişafını təmin etmək;
· ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 və digər idarəetmə standartlarının tətbiqi və saxlanılmasına dəstək vermək;
· Daxili və xarici auditlər zamanı GRC istiqamətində koordinasiyanı həyata keçirmək;
· Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşların fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək.
· İdarəetmə sahəsində daxili maarifləndirmə və metodoloji dəstək göstərmək.
Tələblər
- Təcrübə: GRC və ya əlaqəli sahədə minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Hüquq, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya digər uyğun sahə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dilin -səlis; İngilis dili- yaxşı, Rus dili- üstünlükdür.
- Korporativ idarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC) prinsipləri üzrə bilik və praktiki təcrübə;
- Biznes proseslərinin təhlili, daxili normativ sənədlərin hazırlanması və risklərin idarə olunması sahəsində təcrübə;
- ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 standartları üzrə bilik (sertifikat üstünlükdür);
- COBIT Governance Framework, ITIL, CGEIT, CRISC, CISA, CISM, ISO 31000 Risk Management üzrə biliklər;
- Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması üzrə bilik və təcrübə;
- Analitik düşünmə, liderlik, qərarvermə və effektiv ünsiyyət bacarıqları;

At Guven Technology , we are dedicated to delivering robust, secure, and innovative IT solutions that help businesses achieve sustainable success in the digital age. Founded with a vision to become a…