GT Guven Technology LLCGuven Technology LLC

İdarəçilik, Risk və Uyğunluğun Qiymətləndirilməsi (GRC) Şöbə müdiri

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Hüquq
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

·      Korporativ idarəetmə sisteminin yaradılması və təkmilləşdirilməsi;

·      Təşkilatın daxili normativ sənədlərinin (siyasət, prosedur, qayda, təlimat və s.) hazırlanması, yenilənməsi və idarə olunması;

·      Risklərin idarə olunması metodologiyasının hazırlanması və tətbiqinə rəhbərlik etmək;

·      Korporativ risk reyestrinin hazırlanması, monitorinqi və dövri yenilənməsini təmin etmək;

·      Uyğunluq (Compliance) proseslərini təşkil etmək və qanunvericilik, beynəlxalq standartlar və daxili tələblərə riayət olunmasına nəzarət etmək;

·      Biznes proseslərinin təhlili, optimallaşdırılması və standartlaşdırılması üzrə təşəbbüslər irəli sürmək;

·      Korporativ idarəetmə komitələri və rəhbərlik üçün hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq;

·      Təşkilatın strateji məqsədlərinə uyğun GRC çərçivəsinin inkişafını təmin etmək;

·      ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 və digər idarəetmə standartlarının tətbiqi və saxlanılmasına dəstək vermək;

·      Daxili və xarici auditlər zamanı GRC istiqamətində koordinasiyanı həyata keçirmək;

·      Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşların fəaliyyətini qiymətləndirmək və inkişafını təmin etmək.

·      İdarəetmə sahəsində daxili maarifləndirmə və metodoloji dəstək göstərmək.

Tələblər

  • Təcrübə: GRC və ya əlaqəli sahədə minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Hüquq, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya digər uyğun sahə üzrə ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dilin -səlis; İngilis dili- yaxşı, Rus dili- üstünlükdür.
  • Korporativ idarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC) prinsipləri üzrə bilik və praktiki təcrübə;
  • Biznes proseslərinin təhlili, daxili normativ sənədlərin hazırlanması və risklərin idarə olunması sahəsində təcrübə;
  • ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 standartları üzrə bilik (sertifikat üstünlükdür);
  • COBIT Governance Framework, ITIL, CGEIT, CRISC, CISA, CISM,  ISO 31000 Risk Management üzrə biliklər;
  • Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması üzrə bilik və təcrübə;
  • Analitik düşünmə, liderlik, qərarvermə və effektiv ünsiyyət bacarıqları;
GT Guven Technology LLC
Guven Technology LLC
İnformasiya və kommunikasiya

At Guven Technology , we are dedicated to delivering robust, secure, and innovative IT solutions that help businesses achieve sustainable success in the digital age. Founded with a vision to become a…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et