"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

Kredit və bazar riskləri şöbəsində baş mütəxəssis

Bakı 4 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib

Vəzifə haqqında

Təsvir

“Rabitəbank” ASC Risklərin İdarə Edilməsi Departamentinin Kredit və bazar riskləri şöbəsinə baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

 

Ölkənin ən iri banklarından biri olan “Rabitəbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.


Vəzifə öhdəlikləri:


  • Bankın kredit və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılığının həyata keçirilməsi;
  • Kredit portfelinin keyfiyyətinin, risk konsentrasiyalarının və risk trendlərinin təhlili;
  • Kredit portfeli üzrə gecikmələr, problemli kreditlər, restrukturizasiya edilmiş kreditlər və konsentrasiya risklərinin monitorinqi;
  • Kredit risk göstəricilərinin (KRI) hazırlanması, monitorinqi və hesabatlarının tərtib edilməsi;
  • Risk İştahası Bəyannaməsində (RAS) müəyyən edilmiş kredit və bazar risk limitlərinin izlənilməsi və pozuntuların araşdırılması;
  • Faiz dərəcəsi riski, valyuta riski və likvidlik riskləri üzrə təhlillərin aparılması;
  • Duration Gap, Repricing Gap, Valyuta Açıq Mövqeyi, NII və EVE həssaslıq analizlərinin aparılması;
  • Stress-testlərin və ssenari analizlərinin hazırlanması və nəticələrinin qiymətləndirilməsi;
  • Kredit məhsulları, investisiya alətləri və yeni biznes təşəbbüsləri üzrə risk rəylərinin verilməsi;
  • Kredit risk modellərinin, skorinq sistemlərinin və erkən xəbərdarlıq indikatorlarının (EWS) effektivliyinin qiymətləndirilməsi;
  • Kredit və bazar risklərinin idarə olunması üzrə siyasət, metodologiya və prosedurların hazırlanması və təkmilləşdirilməsi;
  • AR Mərkəzi Bankının prudensial tələbləri və Basel prinsiplərinə uyğun hesabatların hazırlanmasında iştirak;
  • Daxili audit, xarici audit və tənzimləyici yoxlamalar çərçivəsində təqdim olunan tövsiyələrin icrasının izlənilməsi.


Tələblər


  • Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Statistika, Biznesin İdarəedilməsi və ya digər uyğun sahələr üzrə ali təhsil
  • Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi ; sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur;
  • Kredit və bazar risklərinin idarə olunması prinsipləri üzrə biliklər;
  • Kredit portfeli analitikası, konsentrasiya riskləri, PD, LGD, EAD və ECL anlayışları üzrə biliklər;
  • FRS 9 üzrə əsas anlayışlar və kredit ehtiyatlarının formalaşdırılması prinsipləri;
  • Faiz dərəcəsi riski (IRRBB), valyuta riski və likvidlik risklərinin ölçülməsi metodologiyaları;
  • Duration, Macaulay Duration, Modified Duration, GAP analizi, VaR və stress-test metodologiyaları üzrə biliklər;
  • Maliyyə hesabatlarının və prudensial göstəricilərin təhlili bacarığı;
  • Basel prinsipləri və AR Mərkəzi Bankının risklərin idarə olunması üzrə normativ tələbləri haqqında biliklər;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • SQL, Power BI, Python üzrə biliklər üstünlük hesab olunur;
  • Bank və ya maliyyə institutlarında kredit riskləri, bazar riskləri, anderrayter və ya portfel idarəçiliyi sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Risk modelləşdirilməsi üzrə təcrübə üstünlük hesab olunur.


  • Sertifikatlar
  • ACCA
  • FRM
  • CFA
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti

“Rabitəbank” ASC 1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et