

"Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti
“Rabitəbank” ASC 1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir. Fəaliyyət göstərdiyi 32 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 30 xidmət şəbəkəsini yaradaraq Sumqayıt, Quba, Qusar, Bərdə, Xaçmaz, Xankəndi, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Tovuz, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 17 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
Açıq vəzifələr
Ən yeni vakansiyalar əvvəldə


"Rabitəbank" ASC İT infrastrukturu departamentinin İnfrastrukturun idarə edilməsi şöbəsində Şəbəkə İnzibatçısı

Problemli kreditlər departamenti , İlkin təqib şöbəsi , Problemli kredit mütəxəssisi

Menecer / Şöbə rəisi – Ticarət Maliyyələşdirilməsi və Faktorinq üzrə Satış



Bank Sistemlərinin təhlükəsizliyi üzrə Aparıcı mütəxəssis


“Rabitəbank” ASC Bank proqramları departamenti, Bank proqramlarının inkişafı şöbəsinin Baş proqramçısı ( backend)
