KB
Kapital Bank

Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə Şərtlərinə Nəzarət Şöbəsinin Aparıcı Mütəxəssisi

Bakı 1 həftə əvvəl yerləşdirilib Mənbə: hellojob.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Birbankın Kredit Portfelinə Nəzarət Departamentinin Kreditləşmə şərtlərinə nəzarət şöbəsinə kredit portfelinin keyfiyyətinə nəzarət edən, riskləri vaxtında aşkarlayıb idarə edən, monitorinqləri qayda və prosedurlara uyğun şəkildə effektiv həyata keçirən, analitik düşüncəli və məsuliyyətli istedad axtarışındayıq.

+ ' ' +
  • Bankda nəzarət, risk və ya audit sahələrində ən az 2 il iş təcrübəsi;
  • Bankda kreditləşmə sahəsində təcrübə;
  • İqtisadiyyat, maliyyə və ya idarəetmə sahəsində ali təhsil;
  • Data ilə işləmə qabiliyyəti (yüksək səviyyədə Microsoft Office və SQL bilikləri mütləqdir);
  • Dəqiqlik, detallara qarşı diqqətlilik;
  • Kritik düşüncə qabiliyyəti;
  • Güclü analitik və problem həll etmə qabiliyyətləri.



+ ' ' +

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti


+ ' ' +
  • Kreditlərin planlı və növbədənkənar məsafədən monitorinqlərini həyata keçirmək;
  • Kreditləşmənin Bankın müvafiq qayda və prosedurlarına uyğun həyata keçirilməsinə nəzarətin təşkilini və davamlı təqibini təmin etmək;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Bankın kredit siyasətinin həyata keçirilməsində iştirak etmək, bu siyasətin tələblərinə əsasən istehlak təyinatlı kreditlərin monitorinqlərinin icrasını təmin etmək;
  • Tabeçiliyində olduğu rəhbər tərəfindən verilmiş bölgü və ya göstərişlər əsnasında bankın kredit portfeli (müştərilər) üzrə (planlı və növbədənkənar) monitorinqləri həyata keçirmək;
  • Monitorinqlərin aparılması məqsədi ilə zəruri məlumatları aidiyyatı qurumlardan əldə etmək;
  • Monitorinq predmeti olacaq yeni sahələrin xüsusiyyətlərini öyrənmək;
  • Monitorinqin icrası zamanı bankdaxili bütün prosedurlara düzgün riayət olunması üçün məsuliyyət daşımaq;
  • Risk hadisələrini aşkarlamaq, Risk reyestrinə daxil etmək, risklərin həllini təmin etmək;
  • Gördüyü işlərin təkmilləşməsi məqsədi ilə bir başa rəhbərinə təkliflər vermək.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 1 iyun 2026 (bu elan) · hellojob.az
  • 2 aprel 2026 · hellojob.az

Oxşar vakansiyalar