Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsinin Mütəxəssisi
Vəzifə haqqında
Birbankın Kredit Portfelinə Nəzarət Departamentinin Təqib Strategiyalarının İdarə Edilməsi və Analitikası Şöbəsinə kredit portfelinin təqib strategiyalarının hazırlanması, təhlili və optimallaşdırılmasında iştirak edəcək, riskləri dəyərləndirərək məlumat əsaslı qərarların qəbuluna töhfə verəcək peşəkar axtarırıq.
+ ' ' +Bank və ya maliyyə sahəsində kredit portfeli üzrə yığım və ya kredit risk idarəçiliyində ən az 2 il iş təcrübəsi;
BI alətlərindən (Tableau - mütləqdir, Power BI, Dataiku - arzuolunandır) istifadə etmək bacarığı;
Ali təhsil;
Data ilə işləmə qabiliyyəti (yüksək səviyyədə Microsoft Office və SQL bilikləri mütləqdir);
Dəqiqlik, detallara qarşı diqqətlilik;
Kritik düşüncə qabiliyyəti;
Güclü analitik və problem həll etmə qabiliyyətləri.
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Təqib strategiyalarının hazırlanması, tətbiqi və monitorinqini təmin etmək;
Təqib effektivliyinin artırılması üçün təkliflər vermək;
Strategiyaların effektivliyini qiymətləndirmək təhlillər aparmaq və nəticələri təqdim etmək;
Mövcud təqib proseslərinin geniş müqayisəli təhlilini aparmaq və təkliflər formalaşdırmaq;
Statistik məlumatları toplamaq, emal etmək və hesabatlar hazırlamaq;
Tendensiyaları, riskləri və imkanları müəyyən etmək;
Təqib ilə əlaqəli bütün proseslərə nəzarəti həyata keçirmək;
Qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğu təmin etmək;
Potensial riskləri əvvəlcədən müəyyən etmək və qiymətləndirmək;
Risklərin minimuma endirilməsi üçün tədbirlər hazırlamaq.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…