Guven Technology LLC İdarəçilik, Risk və Uyğunluğun Qiymətləndirilməsi (GRC) üzrə baş mütəxəssis
Режим работы Полная занятость Категория Юриспруденция
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
- Korporativ idarəetmə (Governance), risklərin idarə olunması (Risk Management) və uyğunluq (Compliance) sistemlərinin yaradılması və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
- Daxili normativ sənədlərin (siyasət, prosedur, qayda və təlimatlar) hazırlanması, yenilənməsi və idarə olunmasını təmin etmək;
- Risklərin idarə olunması metodologiyalarının hazırlanması və tətbiqində iştirak etmək;
- Korporativ risk reyestrinin hazırlanması, monitorinqi və dövri yenilənməsini həyata keçirmək;
- Uyğunluq (Compliance) proseslərini icra etmək və normativ tələblərə əməl olunmasına nəzarət etmək;
- Biznes proseslərinin təhlili, optimallaşdırılması və standartlaşdırılması üzrə təkliflər hazırlamaq;
- Rəhbərlik üçün hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq;
- ISO 9001, ISO 27001, ISO 31000, ISO 37301 və digər idarəetmə standartlarının tətbiqinə dəstək vermək;
- Daxili və xarici audit proseslərində iştirak etmək;
- GRC sahəsində daxili maarifləndirmə və metodoloji dəstək göstərmək.
Tələblər
- Təcrübə: GRC və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Hüquq, Biznesin İdarə Olunması, İqtisadiyyat və ya digər uyğun sahə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür;
- Korporativ idarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC) prinsipləri üzrə bilik və praktiki təcrübə;
- Biznes proseslərinin təhlili, daxili normativ sənədlərin hazırlanması və risklərin idarə olunması sahəsində təcrübə;
- ISO 9001, ISO 27001, ISO 31000 və ISO 37301 standartları üzrə bilik (sertifikat üstünlükdür);
- COBIT Governance Framework, ITIL, CRISC, ISO 31000 Risk Management və digər GRC çərçivələri üzrə biliklər üstünlükdür;
- Analitik düşünmə, təşkilatçılıq, problem həll etmə və effektiv ünsiyyət bacarıqları;
GT 

Guven Technology LLC
İnformasiya və kommunikasiya
At Guven Technology , we are dedicated to delivering robust, secure, and innovative IT solutions that help businesses achieve sustainable success in the digital age. Founded with a vision to become a…