CO
Ежемесячная зарплата
Зарплата по договорённости
- Категория
- Инжиниринг
О должности
Tələblər:
- İnşaat mühəndisliyi üzrə ali təhsil;
- İnşaat sahəsində minimum 3 il iş təcrübəsi;
- Tamamlama (Fit-Out) işləri üzrə dərin bilik və praktiki təcrübə;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Layihə və işçi çertyojlarını oxumaq və tətbiq etmək bacarığı;
- Gizli iş aktlarının hazırlanması və rəsmiləşdirilməsinə nəzarət etmək bacarığı;
- Ümumi iş jurnalı və digər icra sənədlərinin aparılması təcrübəsi;
- İşçi briqadalarının və subpodratçıların fəaliyyətini koordinasiya etmək bacarığı;
- Material həcmlərinin hesablanması və material sərfiyyatına nəzarət etmək bacarığı;
- Materialların balansdan vaxtında silinməsi və uçotunun aparılması təcrübəsi;
- Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və hesabatların hazırlanması bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Əsas vəzifələr:
- Tamamlama işlərinin gündəlik təşkil edilməsi və nəzarəti;
- İşlərin layihə və texniki tələblərə uyğun icrasının təmin edilməsi;
- Gizli iş aktlarının, jurnalların və digər texniki sənədlərin aparılmasına nəzarət;
- Tikinti sahəsində işçi qüvvəsinin və subpodratçıların koordinasiyası;
- Material tələbatının müəyyən edilməsi, həcmlərin hesablanması və sərfiyyata nəzarət;
- Materialların balansdan vaxtında silinməsinin təmin edilməsi;
- Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- İş qrafikinin və işlərin keyfiyyətinin təmin edilməsi.
İş şəraiti
- Ünvan: Qarabağ regionu
- İş qrafiki: 6 günlük
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 24 iyun 2026 (bu elan) · jobsearch.az
- 9 iyun 2026 · jobsearch.az