CO
Company

İnşaat mühəndisi

15 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Mühəndislik

Vəzifə haqqında

Tələblər: 

  • İnşaat mühəndisliyi üzrə ali təhsil; 
  • İnşaat sahəsində minimum 3 il iş təcrübəsi; 
  • Tamamlama (Fit-Out) işləri üzrə dərin bilik və praktiki təcrübə; 
  • AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Layihə və işçi çertyojlarını oxumaq və tətbiq etmək bacarığı; 
  • Gizli iş aktlarının hazırlanması və rəsmiləşdirilməsinə nəzarət etmək bacarığı; 
  • Ümumi iş jurnalı və digər icra sənədlərinin aparılması təcrübəsi; 
  • İşçi briqadalarının və subpodratçıların fəaliyyətini koordinasiya etmək bacarığı; 
  • Material həcmlərinin hesablanması və material sərfiyyatına nəzarət etmək bacarığı; 
  • Materialların balansdan vaxtında silinməsi və uçotunun aparılması təcrübəsi;
  • Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və hesabatların hazırlanması bacarığı; 
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.

Əsas vəzifələr: 

  • Tamamlama işlərinin gündəlik təşkil edilməsi və nəzarəti; 
  • İşlərin layihə və texniki tələblərə uyğun icrasının təmin edilməsi; 
  • Gizli iş aktlarının, jurnalların və digər texniki sənədlərin aparılmasına nəzarət; 
  • Tikinti sahəsində işçi qüvvəsinin və subpodratçıların koordinasiyası; 
  • Material tələbatının müəyyən edilməsi, həcmlərin hesablanması və sərfiyyata nəzarət; 
  • Materialların balansdan vaxtında silinməsinin təmin edilməsi;
  • Görülmüş işlərin ölçülməsi, aktlaşdırılması və rəhbərliyə hesabatların təqdim edilməsi; 
  • İş qrafikinin və işlərin keyfiyyətinin təmin edilməsi.

İş şəraiti

  • Ünvan: Qarabağ regionu
  • İş qrafiki: 6 günlük
  • Vakansiya növü - Tam ştat
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiya əvvəl də yerləşdirilib:

  • 24 iyun 2026 (bu elan) · jobsearch.az
  • 9 iyun 2026 · jobsearch.az

Oxşar vakansiyalar

: