BM Bakı MetropoliteniBakı Metropoliteni

İnsan resursları departamenti – Təşkilati inkişaf şöbəsi / Böyük mütəxəssis

Опубликовано 1 дн. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
1 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları departamentinin Təşkilati inkişaf şöbəsinə böyük mütəxəssis axtarırıq!

Namizəd şirkətin strateji məqsədlərinə uyğun olaraq təşkilati strukturu, vəzifə arxitekturasını və dərəcələndirmə sistemini dizayn edib, iş analizi və işçi qüvvəsi planlaması vasitəsilə təşkilatın effektiv qurulmasını və inkişafını təmin edəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • Şirkətin strateji məqsədlərinə uyğun təşkilati strukturun hazırlanması, təhlili və təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi; 
  • Təşkilati struktur, ştat cədvəli və vəzifə bölgülərinin effektivlik və idarəetmə prinsipləri əsasında dizayn edilməsi və idarə olunması; 
  • İş analizi metodologiyalarını tətbiq etməklə vəzifələrin məqsəd, funksiya, məsuliyyət və səlahiyyətlərinin müəyyənləşdirilməsi; 
  • Vəzifə təlimatlarının, vəzifə pasportlarının və digər təşkilati sənədlərin hazırlanması və yenilənməsinin təmin edilməsi; 
  • Şirkətin vəzifə arxitekturasının formalaşdırılması, vəzifələrin təsnifləşdirilməsi və standartlaşdırılması proseslərinin həyata keçirilməsi; 
  • İş ailələrinin (Job Families) yaradılması və inkişaf etdirilməsi; 
  • Dərəcələndirmə (Grading) sisteminin qurulması, vəzifələrin qiymətləndirilməsi və vəzifə səviyyələrinin formalaşdırılması; 
  • Səriştə pasportları və kataqloqlarının hazırlanması
  • Karyera xəritələrinin və karyera inkişaf çərçivələrinin hazırlanması, vəzifələrarası inkişaf yollarının müəyyənləşdirilməsi; 
  • İşçi qüvvəsinin planlaşdırılması və ştat ehtiyaclarının təhlilinin aparılması, resurs optimallaşdırılması üzrə təkliflərin hazırlanması; 
  • Struktur və ştat dəyişikliklərinin təşkilati və əməliyyat təsirlərinin qiymətləndirilməsi; 
  • Vəzifələr və struktur bölmələri üzrə KPI matrislərinin hazırlanması və yenilənməsinin koordinasiya edilməsi; 
  • Təşkilati dizayn və planlama üzrə analitik hesabatların, təqdimatların və təhlillərin hazırlanması; 
  • Təşkilati inkişaf və təşkilati effektivlik sahəsində qabaqcıl təcrübələrin araşdırılması və tətbiqi üzrə təkliflərin hazırlanması; 
  • Təşkilati transformasiya və dəyişiklik layihələrinin həyata keçirilməsində iştirak etmək. 

Namizədlərdən tələblərimiz

  • İnsan Resurslarının İdarə Edilməsi, Menecment, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil; 
  • Təşkilati dizayn, təşkilati inkişaf, işçi qüvvəsinin planlaşdırılması və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi; 
  • Təşkilati struktur, ştat cədvəli, iş analizi, dərəcələndirmə sistemi və vəzifə arxitekturası üzrə praktiki təcrübə; 
  • Analitik düşünmə və məlumatların təhlili bacarığı; 
  • Güclü ünsiyyət, təqdimat və əməkdaşlıq bacarıqları; 
  • Layihələrin idarə olunması və dəyişikliklərin idarə edilməsi üzrə biliklər üstünlük hesab olunur. 

Metropoliten sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5477  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

BM Bakı Metropoliteni
Bakı Metropoliteni

Похожие вакансии

Смотреть все
Откликнуться