İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis
О должности
Vəzifə öhdəlikləri:
İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərini icra etmək;
Əmək müqavilələri hazırlamaq və rəsmiləşdirmək;
ƏMAS sistemi üzərindən əməliyyatları həyata keçirmək;
Şəxsi iş qovluqlarını formalaşdırmaq və sənəd dövriyyəsini idarə etmək;
Məzuniyyət, ezamiyyət, davamiyyət və digər HR əməliyyatlarını izləmək;
Daxili əmrləri, arayışları və HR sənədlərini hazırlamaq;
Dövlət qurumları ilə bağlı sorğuları cavablandırmaq;
HR hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
İntizam tənbehlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini icra etmək;
Əmək qanunvericiliyindəki yenilikləri izləmək və tətbiq etmək.
Tələblər:
İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
Əmək Məcəlləsi və HR əməliyyatları üzrə biliklər;
ƏMAS sistemi ilə işləmə təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Analitik düşüncə və yüksək kommunikasiya bacarığı;
Məsuliyyətli, detallara diqqətli və operativ olmaq.
Biz təklif edirik:
Nahar və servis ilə təminat;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük tam iş qrafiki;
Korporativ mobil nömrə.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları Əməliyyatları üzrə Aparıcı Mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz…