F
Flazer

İnsan Resursları üzrə Mütəxəssis

Опубликовано 20 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
₼800+
Категория
HR

О должности

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;
  • Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;
  • Əməkhaqqının hesablanması və payroll proseslərinin icrası;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;
  • Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;
  • Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;
  • İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;
  • Gündəlik, həftəlik və aylıq HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;
  • İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür);
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • ƏMAS sistemi ilə işləmə bacarığı;
  • Payroll və əməkhaqqı hesablamaları üzrə biliklər;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12M;
  • Əməkhaqqı: 800 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İnsan Resursları üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: