F
- Category
- HR
About this role
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam verilməsi proseslərinin ƏMAS sistemi üzərindən həyata keçirilməsi və sənədləşdirilməsi;
- Məzuniyyət əmrlərinin hazırlanması, məzuniyyət haqlarının, kompensasiyaların və son haqq-hesabın hesablanması;
- Əməkhaqqının hesablanması və payroll proseslərinin icrası;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, müvafiq sənədlərin toplanması və arxivləşdirilməsi;
- Əmək kitabçalarının doldurulması və qeydiyyatının aparılması;
- Xəstəlik vərəqələrinin rəsmiləşdirilməsi, hesablanması və müvafiq sistemlərdə işlənməsi;
- İşçilərin gündəlik davamiyyətinə nəzarət edilməsi və tabel uçotunun aparılması;
- Gündəlik, həftəlik və aylıq HR hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
- Vakansiyaların elan edilməsi, CV-lərin dəyərləndirilməsi, namizədlərlə müsahibələrin təşkili və keçirilməsi;
- İşçilərlə effektiv kommunikasiyanın qurulması və yaranan məsələlərin həllində iştirak;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (İnsan Resurslarının İdarəedilməsi sahəsi üzrə təhsil üstünlükdür);
- İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
- ƏMAS sistemi ilə işləmə bacarığı;
- Payroll və əməkhaqqı hesablamaları üzrə biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, məsuliyyətlilik və detallara diqqət;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsi 12M;
- Əməkhaqqı: 800 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "İnsan Resursları üzrə Mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.