İnsan Resursları üzrə mütəxəssis
Опубликовано 18 ч. назад Источник ↗
Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- İşçilərin davamiyyətinin izlənilməsi, iş vaxtının uçotunun həyata keçirilməsi, davamiyyət tabelinin hazırlanması və təqdim edilməsi;
- İş yükü analizinin həyata keçirilməsi. İşçi planlanması, iş vaxtı norması üzrə optimallaşdırılma təkliflərinin verilməsi
- İşçilərin məzuniyyət, ezamiyyət, xəstəlik və s. davamiyyətsizliyinin qeydiyyatının aparılması;
- Kadr hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Yeni işə qəbul olunan əməkdaşların şəxsi hesablarının açılması və kadr sənədləşməsinin aparılması;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmrlərin, vəzifə təlimatlarının, arayışların və digər kadr sənədlərinin hazırlaması;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgün inteqrasiyasına nəzarət etmək;
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat, İnsan Resurslarının idarə olunması, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə);
- Əmək Qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- Elektron Hökumət sistemləri ilə işləmək bacarığı
- Uyğun sahə üzrə ən azı 2 il təcrübə;
- İnsan Resursları sahəsində sertifikatlar arzuolunandır;
- İş vaxtının uçotu, iş yükü analizi üzrə təcrübə;
- Azərbaycan dili (əla) və İngilis dili (üstünlükdür);
- Microsoft Office proqramları üzrə işləmə bacarığı (Yüksək səviyyədə excel biliyi, funksiyalarla sərbəst işləmək, məlumatları analiz etmək bacarığı).
İş qrafiki:
- 5 günlük qrafik
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur
Üstünlüklərimiz:
- Nahar təminatı
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
ATS Food
Emal sənayesi
Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi…