ADY
Azərbaycan Dəmir Yolları
İnsan Resursları üzrə mütəxəssis (Sərnişin daşımaları departamenti)
Ежемесячная зарплата
Зарплата по договорённости
- Режим работы
- Полная занятость
- Категория
- HR
О должности
Təsvir
- Əmək qanunvericiliyinə uyğun kadr uçotu işlərinin aparılması, əməkdaşların şəxsi işlərinin və elektron məlumat bazasının idarə olunması;
- Əmək haqqı, sosial müavinət, həmçinin kollektiv sazişdən irəli gələn digər ödənişlərin hesablanması;
- Elektron informasiya sistemlərində əmək münasibətlərinin tənzimlənməsi;
- Müxtəlif hesabatların, o cümlədən rüblük vahid vergi bəyannamələrinin hazırlanması;
- Ştat sorğularının elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq;
- Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
- İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
- Ehtiyac olduqda işçilərin attestasiyasının nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;
- Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək;
- Departamentin işçilərinin müxtəlif dövlət və sahə təltifləri ilə mükafatlandırılması üçün verilmiş təklifləri komplektləşdirmək, bu prosesin rəsmiləşdirilməsi və həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək.
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyi;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- İnsan resurslarına aid normativ və metodik materiallarla tanışlıq, kadr işinin təşkili və sənədləşdirilməsi;
- Elektron informasiya sistemindən istifadə bacarıqları;
- Analitik düşüncə və hesabatların təhlili;
- Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları;
- Kompüter biliyi: MS Office (yaxşı səviyyədə);
- 1C proqramında işləmə bacarığı üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq; İngilis və ya Rus dili bilikləri üstünlükdür;
- Diqqətlilik.