İnvestisiyalar üzrə aparıcı mühasib
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
- Fondun törəmə müəssisələrinin büdcələrinin hazırlanması, rüblük icrasına nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması;
- Fondun törəmə müəssisələrinə mühasibatlıq xidmətləri göstərən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi;
- Fondun törəmə müəssisələrinin mühasibat uçotu sənədlərinin və illik maliyyə hesabatlarının nəzərdən keçirilməsi;
- Audit prosesində tələb olunan məlumat və sənədlərin təqdim edilməsi, habelə müvafiq hesabatların hazırlanmasına dəstək göstərilməsi;
- Fondun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditinin təşkili, əlaqələndirilməsi və nəticələrinin təhlil edilməsi;
- Alternativ investisiya pay fondlarından daxil olan ödəniş bildirişlərinin, mənfəətin bölüşdürülməsi bildirişlərinin və kapital hesabından çıxarış sənədlərinin mühasibat uçotu məqsədləri üçün nəzərdən keçirilməsi;
- Öz vəzifə səlahiyyətləri daxilində investisiyalar üzrə mühasibin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilməsi;
- Departament direktorunun tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.
Xüsusi tələblər
- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və mühasibat üçotunun aparılması üzrə bilik və praktiki təcrübə;
- Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və/və ya nəzərdən keçirilməsi üzrə təcrübə;
- Təhsil səviyyəsi:Bakalavr
- İxtisas:Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Magistr təhsili üstünlükdür;
- Sertifikatlaşma:ACCA imtahanları üzrə sertifikatların olması üstünlükdür.
- Müvafiq sahə üzrə təcrübə:4-6
- İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
- Səriştələr:Peşəkar ekspertiza, Hərəkətə meyllilik, Məsuliyyət və hesabatlılıq
ARD 
Azərbaycan Respublikası Dövlət Neft Fondu