ARD Azərbaycan Respublikası Dövlət Neft FonduAzərbaycan Respublikası Dövlət Neft Fondu

İnvestisiyalar üzrə aparıcı mühasib

Bakı 19 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
  • Fondun törəmə müəssisələrinin büdcələrinin hazırlanması, rüblük icrasına nəzarət edilməsi və müvafiq hesabatların hazırlanması;
  • Fondun törəmə müəssisələrinə mühasibatlıq xidmətləri göstərən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi;
  • Fondun törəmə müəssisələrinin mühasibat uçotu sənədlərinin və illik maliyyə hesabatlarının nəzərdən keçirilməsi;
  • Audit prosesində tələb olunan məlumat və sənədlərin təqdim edilməsi, habelə müvafiq hesabatların hazırlanmasına dəstək göstərilməsi;
  • Fondun törəmə müəssisələrinin illik konsolidə edilmiş maliyyə hesabatlarının auditinin təşkili, əlaqələndirilməsi və nəticələrinin təhlil edilməsi;
  • Alternativ investisiya pay fondlarından daxil olan ödəniş bildirişlərinin, mənfəətin bölüşdürülməsi bildirişlərinin və kapital hesabından çıxarış sənədlərinin mühasibat uçotu məqsədləri üçün nəzərdən keçirilməsi;
  • Öz vəzifə səlahiyyətləri daxilində investisiyalar üzrə mühasibin fəaliyyətinin əlaqələndirilməsi və nəzarət edilməsi;
  • Departament direktorunun tapşırığı ilə departamentin məqsəd və funksiyalarına aid digər vəzifə və öhdəliklərin yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və mühasibat üçotunun aparılması üzrə bilik və praktiki təcrübə;
  • Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması və/və ya nəzərdən keçirilməsi üzrə təcrübə;
  • Təhsil səviyyəsi:Bakalavr
  • İxtisas:Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil. Magistr təhsili üstünlükdür;
  • Sertifikatlaşma:ACCA imtahanları üzrə sertifikatların olması üstünlükdür.
  • Müvafiq sahə üzrə təcrübə:4-6
  • İngilis dili bilik səviyyəsi:Yüksək səviyyə
  • Səriştələr:Peşəkar ekspertiza, Hərəkətə meyllilik, Məsuliyyət və hesabatlılıq

Müraciət üçün (CV): https://careers.oilfund.az/dashboards/apply-vacancy-wt-form/138
ARD Azərbaycan Respublikası Dövlət Neft Fondu
Azərbaycan Respublikası Dövlət Neft Fondu

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et