AT - Geotech MMC İnzibati şöbənin rəhbəri
О должности
Vəzifə öhdəlikləri:
İnzibati şöbənin fəaliyyətinin təşkili, idarə edilməsi və nəzarətdə saxlanılması;
Nəqliyyat, təsərrüfat, ofis təminatı, sənəd dövriyyəsi və digər inzibati xidmətlərin koordinasiyasını həyata keçirmək;
Şöbə əməkdaşlarının iş bölgüsünü aparmaq, fəaliyyətlərini qiymətləndirmək;
Şirkətin əmlakının, avadanlıqlarının və digər maddi resurslarının səmərəli idarə olunmasını təmin etmək;
Şirkət rəhbərliyinə inzibati fəaliyyətlə bağlı müvafiq hesabatlar təqdim etmək;
Şirkətin daxili qaydalarına və prosedurlarına riayət olunmasına nəzarət etmək.
Namizədə tələblər:
Biznesin idarə edilməsi, menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil;
İnzibati idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
Rəhbər vəzifədə iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Güclü təşkilatçılıq, planlaşdırma və komanda idarəetmə bacarıqları;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Yüksək ünsiyyət, təqdimat və liderlik bacarıqları;
İş şəraiti:
İş yeri: Xırdalan şəhəri
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında bilik və bacarığa əsasən təyin ediləcəkdir.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnzibati şöbənin rəhbəri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Geotechnical and Mining drilling. AT-Geotech the premier geotechnical company in Azerbaijan. Also provides soil lab testings, land surveying and ground geophysical surveys. Working with ISO, GOST and…