C ChickenPro MMCChickenPro MMC

İnzibati və Marketinq koordinatoru

Опубликовано 16 ч. назад Источник
HR
Ежемесячная зарплата
₼1,500+
Срок подачи
23 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Tələblər:

  • Satış sahəsində minimum 2-3 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə, satış müdiri vəzifələrində təcrübə üstünlükdür;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək;
  • Güclü ünsiyyət, təqdimat qabiliyyəti;
  • Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq bacarığı;
  • Sürücülük vəsiqəsi (B və ya BC kateqoriyası).

Vəzifə öhdəlikləri:

  • Təyin olunmuş bölgədəki filiallara müntəzəm baxış keçirmək, planlı və audit yönümlü mağazaları ziyarət etmək; 
  • Əməliyyat standartlarına (təmizlik, məhsul keyfiyyəti, xidmət və əməkdaş davranışı) riayət olunmasını yoxlamaq; 
  • Mağaza səviyyəsində marketinq materiallarının (banner, broşür) yerləşdirilməsinə nəzarət etmək;
  • Regional kompaniyaları (açılış, endirim aksiyaları) planlaşdırmaq və icra etmək;
  • Yerli tərəfdaşlıq və sponsorluq imkanlarını araşdırmaq;
  • Xidmət keyfiyyətini qiymətləndirmək və yerində problemləri həll etmək;
  • İstifadə müddəti bitmiş və ya satış üçün yararsız məhsulların vaxtında dövriyyədən çıxarılmasına nəzarət etmək; 
  • İşçilərin daxili əmək intizamına və etik davranış qaydalarına riayət etməsini izləmək; 
  • Müştəri məmnuniyyətini qiymətləndirmək, aşkar olunan problemlərin operativ həllini təşkil etmək; 
  • Filial rəhbərləri və əməkdaşlarla koordinasiyalı işləyərək əməliyyat dəstəyi göstərmək; 
  • Mağazalara işçilərin işə qəbulu prosesinin təşkilində iştirak etmək; 
  • Aşkar olunan pozuntular barədə akt və hesabatlar hazırlamaq, aradan qaldırılması üçün tədbirlər planı tərtib etmək və icrasına nəzarət etmək; 
  • Həftəlik və aylıq fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək.

İş rejimi:

  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı 1500 AZN (Gross) + bonus

Təminatlar:

  • Avtomobil şirkət tərəfindən təmin olunur.
  • Korporativ nömrə şirkət tərəfindən təmin olunur.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “İnzibati və Marketinq koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-500-79-12 (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Похожие вакансии

Смотреть все
Откликнуться