İşə qəbul üzrə mütəxəssis
Опубликовано 1 дн. назад Источник ↗
Категория HR
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
“Pizza Mizza” MMC-yə “İşə qəbul üzrə mütəxəssis” tələb olunur.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (İnsan resursları, biznesin idarəedilməsi, menecment və ya əlaqəli sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dili biliyi sərbəst;
- Kompüter bilikləri: MS Office (Excel və Word), ERP proqramı biliyi üstünlükdür;
- Dinamik iş mühitində işləyə bilmək xüsusiyyətinə malik olmalı;
- Operativ, məsuliyyətli, intizamlı olmalı;
İş barədə məlumat:
- Mövcud işçi ehtiyaclarının təhlili, elanların hazırlanması və yerləşdirilməsi;
- Vakansiyalar üzrə namizədlərin aktiv axtarışı və cəlb edilməsi;
- Gündəlik müsahibə cədvəlinin hazırlanması və effektiv idarə olunması;
- Müsahibələrin keçirilməsi,uyğun namizədlərin seçilməsi və referansların alınması;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımi proseslərə nəzarətin aparılması;
- İncələmə və namizədlər bazasının yenilənməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək;
İş şəraiti:
- İş vaxtı: Həftə içi 5 gün 09:00-dan 18:00-dək;
- Əmək haqqı; müsahibə əsaında təyin olunur;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
PM 
Pizza Mizza
Mehmanxana və ictimai iaşə xidmətləri