İT idarəetməsi üzrə aparıcı mütəxəssis
Опубликовано 19 ч. назад Источник ↗
Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri:
- SOCAR Qrupu üzrə IT Governance modelinin formalaşdırılması, tətbiqinin koordinasiyası və davamlı təkmilləşdirilməsi üzrə fəaliyyətləri həyata keçirmək;
- İT siyasətlərini, standartlarını, prosedurlarını, metodologiyalarını və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqinə metodoloji dəstək göstərmək;
- İT idarəetməsi sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin təhlilini aparmaq, onların SOCAR Qrupunda tətbiqi və uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
- SOCAR Qrupu üzrə İT risklərinin idarə olunması proseslərini koordinasiya etmək, müəssisələrə metodoloji dəstək göstərmək, İT risk reyestrlərini konsolidasiya etmək və korporativ səviyyədə İT risklərinin monitorinqini həyata keçirmək;
- SOCAR Qrupu müəssisələri, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə İT idarəetməsi istiqamətində qarşılıqlı əlaqəni və koordinasiyanı təmin etmək;
- İT idarəetməsi sahəsində qanunvericilik, normativ-hüquqi aktlar və digər tənzimləyici tələbləri izləmək, onların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
- İT idarəetməsi üzrə məlumatları təhlil etmək, analitik hesabatlar, təqdimatlar və rəhbərlik üçün qərarverməni dəstəkləyən materiallar hazırlamaq.
Tələblər:
- İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
- İT idarəetməsi (IT Governance), İT risklərinin idarə olunması (IT Risk Management) və ya əlaqəli sahələr üzrə minimum 4 il iş təcrübəsi;
- İT idarəetmə prinsipləri və çərçivələri üzrə biliklər;
- Risklərin idarə olunması metodologiyaları və daxili nəzarət prinsipləri üzrə biliklər;
- İT siyasətlərinin, standartlarının, prosedurlarının və digər normativ sənədlərin hazırlanması prinsipləri üzrə biliklər;
- İT idarəetməsi sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə biliklər;
- İT sahəsində normativ-hüquqi aktlar və tənzimləyici tələblər üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə, məlumatların təhlili, analitik hesabat və təqdimatların hazırlanması bacarığı;
- Müəssisələr, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və koordinasiya bacarığı;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada səmərəli işləmək bacarığı;
- İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.
Üstünlük hesab olunur:
- COBIT, ITIL, ISO/IEC 27001, ISO 31000, NIST CSF və digər müvafiq beynəlxalq standart və çərçivələr üzrə praktiki bilik və ya iş təcrübəsi;
- CGEIT, CRISC və ya IT Governance və IT Risk Management istiqamətində digər müvafiq peşəkar sertifikatlara malik olmaq.
Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
CIC 
Caspian Innovation Center
İnformasiya və kommunikasiya
Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin…