CIC Caspian Innovation CenterCaspian Innovation Center

İT idarəetməsi üzrə aparıcı mütəxəssis

19 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
9 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • SOCAR Qrupu üzrə IT Governance modelinin formalaşdırılması, tətbiqinin koordinasiyası və davamlı təkmilləşdirilməsi üzrə fəaliyyətləri həyata keçirmək;
  • İT siyasətlərini, standartlarını, prosedurlarını, metodologiyalarını və digər normativ sənədləri hazırlamaq, yeniləmək və tətbiqinə metodoloji dəstək göstərmək;
  • İT idarəetməsi sahəsində beynəlxalq standartların və qabaqcıl təcrübələrin təhlilini aparmaq, onların SOCAR Qrupunda tətbiqi və uyğunlaşdırılması üzrə təkliflər hazırlamaq;
  • SOCAR Qrupu üzrə İT risklərinin idarə olunması proseslərini koordinasiya etmək, müəssisələrə metodoloji dəstək göstərmək, İT risk reyestrlərini konsolidasiya etmək və korporativ səviyyədə İT risklərinin monitorinqini həyata keçirmək;
  • SOCAR Qrupu müəssisələri, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə İT idarəetməsi istiqamətində qarşılıqlı əlaqəni və koordinasiyanı təmin etmək;
  • İT idarəetməsi sahəsində qanunvericilik, normativ-hüquqi aktlar və digər tənzimləyici tələbləri izləmək, onların tətbiqi ilə bağlı metodoloji dəstək göstərmək;
  • İT idarəetməsi üzrə məlumatları təhlil etmək, analitik hesabatlar, təqdimatlar və rəhbərlik üçün qərarverməni dəstəkləyən materiallar hazırlamaq.

Tələblər:

  • İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
  • İT idarəetməsi (IT Governance), İT risklərinin idarə olunması (IT Risk Management) və ya əlaqəli sahələr üzrə minimum 4 il iş təcrübəsi;
  • İT idarəetmə prinsipləri və çərçivələri üzrə biliklər;
  • Risklərin idarə olunması metodologiyaları və daxili nəzarət prinsipləri üzrə biliklər;
  • İT siyasətlərinin, standartlarının, prosedurlarının və digər normativ sənədlərin hazırlanması prinsipləri üzrə biliklər;
  • İT idarəetməsi sahəsində beynəlxalq standartlar və qabaqcıl təcrübələr üzrə biliklər;
  • İT sahəsində normativ-hüquqi aktlar və tənzimləyici tələblər üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə, məlumatların təhlili, analitik hesabat və təqdimatların hazırlanması bacarığı;
  • Müəssisələr, aidiyyəti dövlət qurumları və digər maraqlı tərəflərlə səmərəli əməkdaşlıq və koordinasiya bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada səmərəli işləmək bacarığı;
  • İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.

Üstünlük hesab olunur:

  • COBIT, ITIL, ISO/IEC 27001, ISO 31000, NIST CSF və digər müvafiq beynəlxalq standart və çərçivələr üzrə praktiki bilik və ya iş təcrübəsi;
  • CGEIT, CRISC və ya IT Governance və IT Risk Management istiqamətində digər müvafiq peşəkar sertifikatlara malik olmaq.  

Müraciət edilən vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
CIC Caspian Innovation Center
Caspian Innovation Center
İnformasiya və kommunikasiya

Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin…

Oxşar vakansiyalar

Hamısına bax