İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İT Layihə rəhbəri

Bakı Опубликовано 2 ч. назад Источник
Полная занятость 3–5 лет Дизайн
Ежемесячная зарплата
Зарплата по договорённости
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Təsvir

  • Rəqəmsal inkişaf üzrə layihələrin idarəedilməsi, risklərin müəyyənləşdirilməsi, aradan qaldırılması və icraya nəzarət edilməsi;
  • Layihə resurslarının (komanda və maddi resurslar) müəyyənləşdirilməsi;
  • Layihələrin monitorinq edilməsi, hesabatlılığın təmin edilməsi, dəyişikliklərin idarə edilməsi;
  • Sprint planlamalarının və baxış görüşlərinin təşkil edilməsi;
  • Qurumlararası layihələrinin həyata keçirilməsi;
  • Layihənin KPI-larına çatmaq üçün layihənin ümumi idarə edilməsi;
  • Layihələrin təhvil-təslim prosedurlarının hazırlanması və sənədləşdirilərək yekunlaşdırılması;
  • Layihələrin izləniləbilinməsi üçün BI Dashboard-ların formalaşdırılmasına nəzarət edilməsi;
  • Layihələrin bütün sənədləşməsinin PMI standartlarına uyğun hazırlanması;
  • Layihə ilə bağlı PMI standartlarına uyğun bütün reyestr və jurnalların hazırlanması və açıq qalan məsələlərin həllinin təmin edilməsi;
  • Layihə ilə bağlı dövri şəkildə təqdimatların hazırlanması və bu təqdimatların fərqli marağı olan tərəflərə çatdırılması;
  • Tapşırıqları icrasına yaxından nəzarət edilməsi və asılılıqların ən qısa zamanda aradan qaldırılması;
  • Layihə ilə bağlı bütün rəsmi və qeyri-rəsmi məktubların hazırlanmsı və göndərilməsi;
  • Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə bakalavr (magistr) dərəcəsi;
  • Generativ süni intellekt alətləri vasitəsilə layihə rəhbərinin vəzifələrinin avtomatlaşdırılmasında təcrübə;
  • İT layihələrinin idarə edilməsi sahəsi üzrə ən az 3-4 il iş təcrübəsi;
  • Layihə idarəetmə yanaşmaları: PMI standartlarına əsasən Waterfall və Agile metodologiyaları üzrə bilik;
  • Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • Sertifikatlar: PMI ACP, PMP və ya oxşar beynəlxalq sertifikatlara üstünlük verilir;
  • Texniki biliklər: Microsoft Office Suite (Word, Excel, PowerPoint) və layihə idarəetmə alətləri (Jira, MS Office, Trello və s.) üzrə yaxşı istifadə bacarıqları;
  • Kommunikasiya və təqdimat: Güclü ünsiyyət və yüksək səviyyədə təqdimat bacarıqları;
  • Analitik düşüncə: Məlumatları təhlil edərək dəqiq və əsaslandırılmış qərar qəbul etmə bacarığı;
  • Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
  • "Miro", "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, "Notion.so" üzrə bilik və bacarıqlar;
  • HTML, CSS, JavaScript, CRUD operations, Libraries, Frameworks, API,Unit Testing, Integration Testing,Test Driven Development, Web Services, RESTful API, Micro services vs Monolithic services, Git, Github, CI/ CD, Technical Debt, Deployment, API Endpoints, Progressive Web Apps, Mobile App Technologies (native apps, hybrid apps) və b. - ən azı konseptual səviyyədə biliklər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Dövlət idarəetməsi və müdafiə

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin…

Похожие вакансии

Смотреть все
Откликнуться