Norm Layihə Rəhbəri
О должности
Hazırda şirkətimizə Sement ÜyütməTerminalının tikintisi və istismara verilməsi layihəsi üçün Layihə Rəhbəri axtarılır.
Tələblər:
Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;
Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə olunması üzrə təcrübə;
Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq iş təcrübəsinə malik olmaq üstünlükdür;
Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma, tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;
PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;
EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə biliklər;
FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;
MS Project və/və ya Primavera P6 proqramlarında işləmək bacarığı;
MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;
Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə biliklər;
İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı.
Tələb olunan kompetensiyalar:
Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Layihələrin planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;
Layihənin əhatə dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə etmək;
Layihə icra planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və icrasını təmin etmək;
Layihə büdcəsinə, qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;
Satınalma strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə olunmasına rəhbərlik etmək;
Podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;
Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək;
Layihələrin icra vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;
Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;
Çoxfunksiyalı layihə komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və inkişafını dəstəkləmək;
Layihələrin istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək.
Biz nə təklif edirik:
Könüllü tibbi sığorta
İş yerinə çatdırılma
Şəxsi və peşəkar inkişaf imkanları
İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
