Azərbaycan Beynəlxalq Maarif MəktəbləriAzərbaycan Beynəlxalq Maarif Məktəbləri

İT Mütəxəssisi

Опубликовано 18 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
30 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Məktəbimizin informasiya texnologiyaları infrastrukturunu effektiv, təhlükəsiz və fasiləsiz idarə edə bilən,  texniki həllər ilə təhsil proseslərinə dəstək və məktəbdaxili tədbirlərdə fəal iştirak edən  İT Mütəxəssisi tələb olunur:

Tələb olunan Kvalifikasiyalar:

  • İnformasiya Texnologiyaları, Kompüter Texnologiyaları, Elektronika, İnformasiya Sistemləri və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
  • İT dəstəyi, sistem idarəçiliyi və ya texniki infrastruktur sahəsində təcrübə
  • Şəbəkə infrastrukturu, internet sistemləri, kompüter avadanlığı və əməliyyat sistemləri haqqında biliklər
  • Səs, video, proyeksiya və konfrans sistemlərinin quraşdırılması və idarə olunması sahəsində təcrübə
  • Ağıllı lövhələr, printerlər, kamera sistemləri və təhsil texnologiyası avadanlıqları üçün texniki dəstək göstərmək bacarığı
  • ü  Microsoft 365, Microsoft Teams, Outlook və Office proqramlarından istifadə bacarığı
  • Planlaşdırma, təşkilatlanma və prosesi izləmək bacarığı
  • Güclü ünsiyyət və komandada işləmək bacarığı
  • Müəllimlər, tələbələr və inzibati heyətlə həll yönümlü, səbirli və peşəkar şəkildə ünsiyyət qurmaq bacarığı
  • Çevik iş qrafikinə və tədbirlərə əsaslanan iş tempinə uyğunlaşma bacarığı

Üstünlük verilən cəhətlər:

  • Təhsil müəssisələrində İT proseslərində təcrübə
  • Qrafik dizayn, təqdimat hazırlamaq və ya rəqəmsal məzmun istehsal alətlərindən istifadə
  • Təhlükəsizlik kamera sistemləri və səs (anons) sistemləri ilə bağlı təcrübə

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri
Azərbaycan Beynəlxalq Maarif Məktəbləri
Təhsil

Похожие вакансии

Смотреть все