Azərbaycan Beynəlxalq Maarif Məktəbləri İT Mütəxəssisi
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Məktəbimizin informasiya texnologiyaları infrastrukturunu effektiv, təhlükəsiz və fasiləsiz idarə edə bilən, texniki həllər ilə təhsil proseslərinə dəstək və məktəbdaxili tədbirlərdə fəal iştirak edən İT Mütəxəssisi tələb olunur:
Tələb olunan Kvalifikasiyalar:
- İnformasiya Texnologiyaları, Kompüter Texnologiyaları, Elektronika, İnformasiya Sistemləri və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi
- İT dəstəyi, sistem idarəçiliyi və ya texniki infrastruktur sahəsində təcrübə
- Şəbəkə infrastrukturu, internet sistemləri, kompüter avadanlığı və əməliyyat sistemləri haqqında biliklər
- Səs, video, proyeksiya və konfrans sistemlərinin quraşdırılması və idarə olunması sahəsində təcrübə
- Ağıllı lövhələr, printerlər, kamera sistemləri və təhsil texnologiyası avadanlıqları üçün texniki dəstək göstərmək bacarığı
- ü Microsoft 365, Microsoft Teams, Outlook və Office proqramlarından istifadə bacarığı
- Planlaşdırma, təşkilatlanma və prosesi izləmək bacarığı
- Güclü ünsiyyət və komandada işləmək bacarığı
- Müəllimlər, tələbələr və inzibati heyətlə həll yönümlü, səbirli və peşəkar şəkildə ünsiyyət qurmaq bacarığı
- Çevik iş qrafikinə və tədbirlərə əsaslanan iş tempinə uyğunlaşma bacarığı
Üstünlük verilən cəhətlər:
- Təhsil müəssisələrində İT proseslərində təcrübə
- Qrafik dizayn, təqdimat hazırlamaq və ya rəqəmsal məzmun istehsal alətlərindən istifadə
- Təhlükəsizlik kamera sistemləri və səs (anons) sistemləri ilə bağlı təcrübə
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri
Təhsil