SBA S.E.N.S.U.M by AmapolaS.E.N.S.U.M by Amapola

İT üzrə Mütəxəssis

Опубликовано 14 ч. назад Источник
ИТ
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
27 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri

  • Şirkətin kompüter, server və şəbəkə sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
  • Şirkətin baş ofisi və filiallarında istifadəçilərə yerində və ya məsafədən (remote) texniki dəstək göstərmək, yaranan İT problemlərini operativ şəkildə həll etmək;
  • Kompüter, noutbuk, printer, skaner və digər İT avadanlıqlarının quraşdırılması, sazlanması və texniki xidmətini həyata keçirmək;
  • Windows əməliyyat sistemlərinin və Microsoft Office proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsini təmin etmək;
  • Lokal şəbəkə (LAN), internet, Wi-Fi və digər şəbəkə infrastrukturunun quraşdırılması, idarə olunması və nasazlıqların aradan qaldırılması;
  • Antivirus proqramlarının tətbiqini və informasiya təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Ehtiyat nüsxələrin (Backup) yaradılması və məlumatların təhlükəsiz saxlanılmasını təmin etmək;
  • İT avadanlıqlarının inventar uçotunu aparmaq və texniki vəziyyətinə nəzarət etmək;
  • IP və analoq CCTV müşahidə sistemlərinin quraşdırılması, sazlanması, texniki xidməti və fasiləsiz işləməsini təmin etmək;
  • DVR və NVR qeydiyyat cihazlarının quraşdırılması, konfiqurasiyası, IP və analoq kameraların qoşulması, sazlanması və texniki dəstəyini həyata keçirmək;
  • İT infrastrukturunun inkişafı və optimallaşdırılması ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək.

Tələblər

  • İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • İT sahəsində minimum 1–3 il iş təcrübəsi;
  • Windows Server və Active Directory üzrə biliklərə üstünlük verilir;
  • Şəbəkə texnologiyaları (TCP/IP, LAN/WAN, DNS, DHCP) üzrə bilik;
  • Router, switch və Wi-Fi avadanlıqları ilə işləmək bacarığı;
  • IP və analoq CCTV sistemləri, DVR/NVR avadanlıqları ilə işləmək təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İT və CCTV sistemlərində yaranan nasazlıqları operativ analiz və aradan qaldırmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli, analitik düşüncəli və komandada işləmək bacarığı;

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi, gündə 8 saat;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Karyera yüksəlişi imkanı;

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində "İT üzrə Mütəxəssis" qeyd olunması xahiş olunur.

SBA S.E.N.S.U.M by Amapola
S.E.N.S.U.M by Amapola

Похожие вакансии

Смотреть все