Baku Steel Company İxrac əməliyyatları üzrə kiçik mütəxəssis
Режим работы Полная занятость Категория Финансы
О должности
Təsvir
Vəzifə öhdəlikləri:
- İxrac əməliyyatları üzrə müqavilələrin, əlavələrin, invoysların və digər müşayiətedici sənədlərin hazırlanmasını, yoxlanılmasını və qeydiyyatını həyata keçirmək;
- İxrac əməliyyatları ilə bağlı sənəd dövriyyəsini koordinasiya etmək və sənədlərin aidiyyəti daxili və xarici qurumlara vaxtında təqdim olunmasını təmin etmək;
- Ödəniş sənədlərinin, bank təminatlarının, akkreditivlərin və digər maliyyə sənədlərinin uçotunu aparmaq, icra vəziyyətini izləmək və aidiyyəti tərəflərlə koordinasiyanı təmin etmək;
- SAP sistemində satış sifarişləri, müqavilələr və ixrac əməliyyatları üzrə məlumatların daxil edilməsini və idarə olunmasını həyata keçirmək;
- Müştəri sifarişlərinin icrası prosesində əməliyyatların SAP sistemində düzgün və vaxtında əks olunmasına nəzarət etmək;
- İxrac əməliyyatları üzrə sifarişlərin, ödənişlərin, yükləmələrin və sənədləşmə proseslərinin icra vəziyyətini izləmək və müvafiq hesabatlar hazırlamaq.
Tələblər
- İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Marketinq, Logistika və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Satış, ixrac əməliyyatları, beynəlxalq ticarət və ya maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, ingilis və rus dillərini sərbəst səviyyədə bilmək;
- SAP ERP sistemi üzrə biliklərə malik olmaq (üstünlükdür);
- CRM və ERP sistemlərində işləmək bacarığı;
- İxrac sənədləri, müqavilələr və logistika prosesləri üzrə biliklər;
- Akkreditivlər (L/C), bank təminatları və beynəlxalq ticarət sənədləri ilə işləmə təcrübəsi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Güclü koordinasiya və ünsiyyət bacarıqları;
- Detallara diqqətlilik və yüksək məsuliyyət hissi;
- Planlaşdırma və təşkilatçılıq bacarıqları;
- Komanda ilə işləmək bacarığı.

Baku Steel Company
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini…