Baku Steel CompanyBaku Steel Company

İxrac əməliyyatları üzrə kiçik mütəxəssis

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Tam ştat Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib

Vəzifə haqqında

Təsvir

Vəzifə öhdəlikləri:


  • İxrac əməliyyatları üzrə müqavilələrin, əlavələrin, invoysların və digər müşayiətedici sənədlərin hazırlanmasını, yoxlanılmasını və qeydiyyatını həyata keçirmək;
  • İxrac əməliyyatları ilə bağlı sənəd dövriyyəsini koordinasiya etmək və sənədlərin aidiyyəti daxili və xarici qurumlara vaxtında təqdim olunmasını təmin etmək;
  • Ödəniş sənədlərinin, bank təminatlarının, akkreditivlərin və digər maliyyə sənədlərinin uçotunu aparmaq, icra vəziyyətini izləmək və aidiyyəti tərəflərlə koordinasiyanı təmin etmək;
  • SAP sistemində satış sifarişləri, müqavilələr və ixrac əməliyyatları üzrə məlumatların daxil edilməsini və idarə olunmasını həyata keçirmək;
  • Müştəri sifarişlərinin icrası prosesində əməliyyatların SAP sistemində düzgün və vaxtında əks olunmasına nəzarət etmək;
  • İxrac əməliyyatları üzrə sifarişlərin, ödənişlərin, yükləmələrin və sənədləşmə proseslərinin icra vəziyyətini izləmək və müvafiq hesabatlar hazırlamaq.


Tələblər

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Maliyyə, Marketinq, Logistika və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Satış, ixrac əməliyyatları, beynəlxalq ticarət və ya maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan, ingilis və rus dillərini sərbəst səviyyədə bilmək;
  • SAP ERP sistemi üzrə biliklərə malik olmaq (üstünlükdür);
  • CRM və ERP sistemlərində işləmək bacarığı;
  • İxrac sənədləri, müqavilələr və logistika prosesləri üzrə biliklər;
  • Akkreditivlər (L/C), bank təminatları və beynəlxalq ticarət sənədləri ilə işləmə təcrübəsi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.


Şəxsi keyfiyyətlər:

  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Güclü koordinasiya və ünsiyyət bacarıqları;
  • Detallara diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Komanda ilə işləmək bacarığı.


Baku Steel Company
Baku Steel Company

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et