GS
- Категория
- HR
О должности
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin insan resursları siyasətinin, daxili prosedur və qaydalarının tətbiqini, icrasını və təkmilləşdirilməsini təmin etmək;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqavilələri və əlaqəli kadr sənədlərinin ƏMAS sistemi üzərindən rəsmiləşdirilməsini təmin etmək;
- İşçilərin şəxsi işlərinin formalaşdırılmasını, elektron sistemlərdə məlumatların düzgün və vaxtında daxil edilməsini, yenilənməsini və arxivləşdirilməsini təmin etmək;
- Vakansiyaların hazırlanmasını, namizədlərin axtarışı, qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesinin koordinasiyasını həyata keçirmək;
- Aylıq iş vaxtı uçot tabellərini, məzuniyyət qrafiklərini və ezamiyyət sənədlərini hazırlamaq, əmək haqqı və digər ödənişlərlə bağlı məlumatları mühasibatlığa təqdim etmək;
- Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmrləri, vəzifə təlimatlarını, arayışları və digər kadr sənədlərini hazırlamaq;
- Əmək haqqı kartlarının sifarişi və izlənməsi;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət informasiya sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgün inteqrasiyasına nəzarət etmək;
- İşçi sayı, vakansiyalar, məzuniyyət qalıqları, işçi dövriyyəsi və digər əsas HR göstəriciləri üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil edərək rəhbərliyə təqdim etmək;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkili;
- Fəaliyyət sferası çərçivəsində digər vəzifə və öhdəliklər.
Namizədə dair tələblər:
- Ali təhsil (bakalavr);
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktiki biliklər;
- İnsan resurslarının əsas funksiyaları, standartları və prosedurları üzrə biliklər;
- ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron platformaları ilə işləmə bacarığı;
- İşə qəbul və müsahibə metodologiyaları üzrə bilik və təcrübə;
- Analitik düşüncə, yüksək məsuliyyətlilik, operativlik və detallara diqqət;
- Effektiv ünsiyyət, təqdimat, problem həll etmə və komanda ilə işləmə bacarıqları;
- Şəxsi məlumatların qorunması və məxfilik prinsiplərinə ciddi riayət etmək.
- 1C, Ofis proqramlarını əla səviyyədə istifadə bacarığı
İş şərtləri:
- İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək haqqı: Bilik və bacarıqdan asılı olaraq 800-1000 AZN
- İş yeri: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km
- Şirvan və Hacıqabul şəhərlərindən olan namizədlərə üstünlük verilir.
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Kadrlar üzrə mütəxəssis” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.