K KristalKristal

Kamera nəzarəti üzrə mütəxəssis

Опубликовано 18 ч. назад Источник
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
5 avqust 2026

О должности

Tələblər:

  • Ali təhsil;
  • Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
  • Müvafiq sahə üzrə təcrübə arzuolunandır;
  • Detallara diqqətli yanaşması;
  • Yüksək müşahidə qabiliyyəti, analitik düşüncə və məsuliyyətlilik;
  • Güclü ünsiyyət bacarığı; 
  • Dinamik komanda mühitində işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Kameralar vasitəsilə filiallarda gündəlik fəaliyyətin müşahidə edilməsi və lazımi qeydlərin aparılması;
  • Daxili qayda pozuntuları, şübhəli halların müəyyənləşdirilməsi və onlarla bağlı detallı araşdırmaların aparılması, qeydlərin aparılması və məruzə edilməsi;
  • Kameraların fasiləsiz işləməsinin izlənilməsi və nasazlıqlar barədə texniki komandaya məlumatın təqdim edilməsi;
  • İşçi heyətinin daxili qaydalara əməl etməsinə nəzarət olunması və intizam pozuntularının qeydə alınması;
  • Monitorinq fəaliyyəti ilə bağlı hesabatların təqdim edilməsi. 

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Bakı şəhəri, Hüseynbala Əliyev 32/24;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kamera nəzarəti üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

K Kristal
Kristal
Tikinti

2003-cü ildən “Kristal” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb. Bu gün “Kristal”…

Похожие вакансии

Смотреть все